Azərbaycanın qara kürü ixracından gəlirləri kəskin artıb
2024-cü ildə Azərbaycandan 1 milyon 242.5 min ABŞ dolları dəyərində 1200 kq nərə balığının kürüsü ixrac edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac olunan kürünün həcmi 85% və ya 550 kq, dəyəri isə 2.1 dəfə və ya 655.3 min ABŞ dolları artıb.
Hesabat dövründə 1 kq qara kürünün orta ixrac qiyməti 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 1760 manat təşkil edib.
Qeyd edək ki, qara kürü əsasən Birləşmiş Ərəb Əmirliklərinə (540 kq), Amerika Birləşmiş Ştatlarına (380 kq), Qazaxıstana (40 kq), Çinin xüsusi inzibati rayonu Honkonqa ( 30 kq), Sinqapura (20 kq), Yaponiyaya ( 20 kq), Almaniyaya ( 20 kq) və Səudiyə Ərəbistana (10 kq) ixrac edilib. Hesabat dövründə bu məhsul Birləşmiş Ərəb Əmirliklərinə 1712 manata, Amerika Birləşmiş Ştatlarına 1347 manata, Qazaxıstana 3400 manata, Səudiyə Ərəbistana 3855 manata, Sinqapura 3423 manata, Yaponiyaya 1100 manata, Almaniyaya isə 2190 manata satılıb.
Xatırladaq ki, bu dövrdə Azərbaycana Çindən 2 milyon 148.2 min ABŞ dolları dəyərində 7160 kq qara kürü idxal edilib. Bu məhsulun idxal qiyməti isə 510 manat təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















