Sumqayıt Futbol Klubu sponsorluq müqaviləsi imzalayıb
Sumqayıt Futbol Klubu ilə “SOCAR Polymer” MMC arasında sponsorluq müqaviləsi imzalanıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun mətbuat zalında təşkil olunan imza mərasimində hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə çıxış edən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev əməkdaşlığın önəmindən bəhs edib. O bildirib ki, son zamanlar bütün dünyada geniş vüsət alan iri şirkətlərin idmana investisiya etmə tendensiyasının Azərbaycanda da yayılması ölkə futboluna böyük töhfə verəcək.
R.Rəfiyev həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki quruma gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.
Daha sonra “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov çıxış edib. O da öz növbəsində bu əməkdaşlıqdan məmnun olduqlarını, həm Sumqayıt şəhərinin idman həyatına, həm də ölkə futboluna daim dəstək olacaqlarını vurğulayıb. F.Əhmədov bu yöndə fəaliyyətlərini gələcəkdə də davam etdirəcəklərini söyləyib.
Daha sonra iki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub. Razılaşmaya əsasən, “Sumqayıt”ın təlim-məşq bazası bundan sonra “SOCAR Polymer Arena” adlanacaq. Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “SOCAR Polymer” brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək.
Bundan əlavə, klubun rəsmi oyun formalarında “SOCAR Polymer” şirkətinin loqosu həkk olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 d. əvvəl
- 29 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















