Yaponiya şirkətləri işçilərinə DeepSeek-i istifadə etməyi qadağan edirlər
Toyota və Mitsubishi şirkətləri işçilərinə Çinin süni intellekt (AI) modeli DeepSeeki-dən istifadə etməyi qadağan ediblərYaponiyanın avtomobil istehsalçısı Toyota və müdafiə sənayesi şirkəti Mitsubishi Heavy Industries öz işçilərinə Çində yerləşən şirkət tərəfindən hazırlanmış DeepSeek süni intellekt proqramından istifadə etməyi qadağan edib.
Kyodo agentliyinin məlumatına görə, məsələ ilə bağlı Toyota və Mitsubishi şirkətlərinin rəsmiləri açıqlama verib.
Toyota rəsmisi qadağa ilə bağlı “Bizim informasiya təhlükəsizliyi ilə bağlı narahatlığımız var” deyib. Həmçinin Mitsubishi işçilərinə Deepseek-dən "işgüzar məqsədlər üçün" istifadə etməyi qadağan etdiyini bildirib.
Digər tərəfdən, Yaponiya telekommunikasiya şirkəti SoftBank-ın da işçilərinə şirkətə məxsus cihazlarda DeepSeek-dən istifadə etməyi qadağan etdiyi bildirilib.
Bir çox yapon şirkətlərinin yalnız ABŞ-da hazırlanmış süni intellekt alətlərindən istifadə etdiyi vurğulanıb.
Çindəki "High-Flyer Capital Management" fondu tərəfindən dəstəklənən DeepSeek, yanvarın 20-də digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbəli DeepSeek-R1 modelini təqdim edib.
Tezliklə dünyada geniş istifadə olunan süni intellekt modeli ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)




