University Demo Day 2025: Gənc sahibkarlar üçün yeni imkanlar!
7 fevral 2025-ci il tarixində SABAH.academy platforması çərçivəsində sayca üçüncü University Demo Day tədbiri keçirilib.
Bu tədbir tələbələrin sahibkarlıq bacarıqlarını inkişaf etdirməsi, biznes ideyalarını geniş auditoriya qarşısında təqdim etməsi və innovasiya mühitində mövqelərini gücləndirməsi üçün yaradılmış platformadır. Artıq ənənəyə çevrilən University Demo Day, gənclərin innovativ təşəbbüslərini reallaşdırmaq üçün əhəmiyyətli imkanlar yaradır.
Bu ilki tədbirdə 7 universitetdən 16 komanda iştirak edib: Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qrupları (UNEC SABAH), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qrupları (ADNSU SABAH), Bakı Ali Neft Məktəbi (BANM), Bakı Mühəndislik Universiteti (BMU) və Sumqayıt Dövlət Universiteti (SDU). İştirakçılar "Sahibkarlığa giriş" və "Dizayn yanaşması ilə sahibkarlıq və yeni biznesin inkişafı" proqramlarının məzunlarıdır. Tədbirin əsas məqsədi tələbələri real biznes mühitinə hazırlamaq, innovasiya ekosistemində aktiv iştirak etməyə təşviq etmək və onlara sahibkarlıq sahəsində dəyərli təcrübə qazandırmaqdır.
SABAH.HUB İnnovasiya Mərkəzinin çətiri altında fəaliyyət göstərən SABAH.academy, sahibkarlıq sahəsində keyfiyyətli və əlçatan təhsil təqdim etməyi hədəfləyir. İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə akademiya VİVEKA və Orta Doğu Texniki Universiteti (ODTÜ) ilə əməkdaşlıq çərçivəsində sahibkarlıq proqramlarını genişləndirib. Bundan əlavə, Sumqayıt Dövlət Universiteti və Bakı Ali Neft Məktəbində MBA səviyyəli proqramlar həyata keçirilir. Bu günə qədər SABAH.academy-nin müxtəlif sahibkarlıq proqramlarından 2900-dən artıq tələbə yararlanıb.
Bu ilki University Demo Day gənclər üçün yalnız biznes ideyalarını təqdim etmək imkanı deyil, həm də innovasiya ekosistemindəki investorlar və ekspertlərdən dəyərli rəy və dəstək almaq şansı yaradıb. Təqdimatlar zamanı iştirakçılar layihələrinin əsas üstünlüklərini vurğulayıblar, bazar potensialını izah ediblər və münsiflər heyətinin suallarına cavab verərək startaplarının inkişaf perspektivlərini nümayiş etdiriblər.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən üç ən yaxşı komanda qalib elan olunub:
1-ci yer: "Harmonic Hub" komandası (Bakı Dövlət Universiteti);
2-ci yer: "Rootect" komandası (Bakı Ali Neft Məktəbi);
3-cü yer: "Piezodrive" komandası (Azərbaycan Dövlət Neft Sənaye universiteti, SABAH qruplari).
Münsiflər layihələri innovativlik, bazar perspektivi və təqdimat keyfiyyətinə görə dəyərləndirib. Qalib komandalar SABAH.academy tərəfindən xüsusi mükafatlar, həmçinin "Div Academy" və "Fikir" co-working məkanından təhsil təqaüdləri qazanıblar.
University Demo Day sahibkarlığa maraq göstərən tələbələr üçün əhəmiyyətli platformaya çevrilib. Bu tədbir onların potensial investorlarla tanış olmasına, biznes ideyalarını təkmilləşdirməsinə və gələcək startaplarını inkişaf etdirməsinə real imkanlar yaradır.
SABAH.academy qarşıdakı illərdə də gənclərin sahibkarlıq sahəsində inkişafını dəstəkləməyə və ölkədə yeni biznes liderlərinin formalaşmasına töhfə verməyə davam edəcək.
Qeyd edək ki, SABAH.academy Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SABAH.HUB çətri altında yaradılmış, Azərbaycan Respublikası Təhsil İnstitutu və beynəlxalq biznes məktəbi olan IE Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Akademiya sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək onları daha əlçatan edir. SABAH.academy platformasının fəaliyyəti ilə yaxından tanış olmaq və yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 37 d. əvvəl
-
-
47 d. əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 50 d. əvvəl
-
1 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
1 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
1 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ən çox oxunanlar
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb





















.jpg)
.jpg)



