2025-ci ildə Ford-un mənfəəti 2 milyard dollar və ya daha çox azala bilər
Ford Motor Company xəbərdarlıq edib ki, 2025-ci ildə mənfəəti 2 milyard dollar və ya daha çox azala bilər. Avtomobil istehsalçısı bunu avtomobil qiymətlərinin ehtimal olunan azalması və yeni modellərin daha baha başa gəlməsi ilə əlaqələndirib. Bundan əlavə, Fordun qazancına Trampın Kanada və Meksikanı təhdid etdiyi tariflər, eləcə də elektrikli avtomobillərdən itkilər mənfi təsir göstərəcək.
Amerikanın ikinci ən böyük avtomobil istehsalçısı "Ford Motor Company" 2025-ci ildə qazancının 2 milyard dollar və ya daha çox azala biləcəyi barədə xəbərdarlıq edib. Buna səbəb ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni idxal tariflərinin (gömrük rüsumları) riskləri və elektrik avtomobillərinə tələbatın zəifləməsidir.
Marja xəbər verir ki, bu barədə "Bloomberg" şirkətin hesabatlarına istinadən yazır.
Ford 2025-ci ildə vergidən əvvəlki mənfəətinin (EBIT) 8,5 milyard dolları keçməyəcəyini, 2024-cü ildə 10,2 milyard dollardan aşağı olacağını proqnozlaşdırır.
Ekspertlər bildirib ki, Ford-un hazırkı proqnozunda Tramp administrasiyasının yeni tariflərinin və ya digər tədbirlərinin təsiri tam nəzərə alınmır. Qeyd edilib ki, Meksika və Kanadadan mal idxalına 25% tariflər avtomobil sənayesinə əhəmiyyətli təsir göstərəcək. Ryni zamanda, Tramp administrasiyası "Amerikanın avtomobil sənayesini dəstəkləmək niyyətindədir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








