Mərkəzi Banka yeni baş direktorlar təyin edilib
Vüsal Cavanşir oğlu Qurbanov, Anar Eldar oğlu Mansurov, Elrad Eldar oğlu Seydiyev və Tərlan İzzət oğlu Rəsulov 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin ediliblər.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Vüsal Qurbanov 2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilmişdir. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.
Anar Mansurov 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində işləmişdir.
Elrad Seydiyev 2020-ci ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru vəzifəsində işləmişdir.
Tərlan Rəsulov 2020-ci ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.
2013-cü ilin yanvar ayından 2025-cü ilin fevral ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləmiş Ziya Zəfər oğlu Əliyev isə 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















