Çindən ABŞ-yə "cavab atəşi"
Çin ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi gömrük rüsumlarına cavab verdi. Çin ABŞ məhsullarına yeni tariflər elan edərkən, Google-a qarşı da yeni bir araşdırma başlatdıb.ABŞ iki qonşusu - Kanada və Meksika ilə ticarət müharibələrini müvəqqəti olaraq dayandırsa da, tariflər tətbiq etmək qərarına gəldiyi digər ölkə olan Çindən "cavab atəşi" ilə üzləşdib.
Xəbər verdiyimiz kimi, ABŞ Çindən idxal olunan məhsullara 10 faiz əlavə gömrük rüsumu (tarif) tətbiq etməyə qərar verib. Buna cavab olaraq Çin bəzi ABŞ məhsullarına yeni tariflər elan edib və Google-a qarşı yeni araşdırma başladıb.
Çin, ABŞ-dan idxal edilən kömür və mayeləşdirilmiş təbii qaza (LNG) 15 faiz rüsum tətbiq edəcək. ABŞ-dan gətirilən neft və kənd təsərrüfatı avadanlıqlarına da 10 faizlik rüsum tətbiq olunacaq.
Həmçinin Çin volfram (tungsten) əsaslı materiallara idxal nəzarəti tətbiq edərək, "Calvin Klein"in sahibi "PVH Group" və "İllumina"nı etibarsız şirkətlər siyahısına əlavə edib.
Tramp administrasiyası da 10%-lik tariflər qüvvəyə minməzdən əvvəl Çinlə danışıqlar aparmağı planlaşdırırdı. Bazar ertəsi Vaşinqtonda jurnalistlərə danışan Tramp deyib ki, Çinlə danışıqlar “yəqin ki, 24 saat ərzində” baş tutacaq.
ABŞ prezidenti Donald Tramp iki qonşusu ilə ticarət müharibələrinə bir aylıq fasilə verərkən, Çinə gömrük rüsumu tətbiq etməsi və Çinin cavab verməsi qlobal bazarlarda qiymət dalğalanmaları ilə müşahidə edilir.
Kanada və Meksikaya 25%-lik rüsumlar təxirə salınıb
ABŞ prezidenti Donald Tramp sərhəddə immiqrasiya və narkotik ticarəti ilə mübarizə üçün daha sərt tədbirlər görməyə razılaşdıqdan sonra, qonşuları Kanada və Meksikaya 25%-lik rüsumların tətbiqini martın 4-nə qədər təxirə salmağa razılaşıb. Beləliklə, hələlik qitə ticarət müharibəsinin qarşısı alınıb.
Tramp və Kanadanın Baş naziri Kastin Trudeau, iki ölkənin bir-birinin yüz milyardlarla dollarlıq ixracatına tariflər tətbiq etməyə başlamazdan bir neçə saat əvvəl ayrı-ayrı sosial media paylaşımlarında razılaşmanı elan etdilər.
ABŞ bu prosesdə Kanada hökumətindən bir sıra güzəştlər əldə edib. Trudeau, "X"də yazdığı bir paylaşımda Kanadanın fentanillə mübarizə üçün yeni direktor təyin edəcəyini, kartelləri terrorçular siyahısına salacağını və mütəşəkkil cinayət, narkotik ticarəti və çirkli pulların yuyulması ilə mübarizə üçün yeni bir "işçi qrupu" yaratmaq üçün Birləşmiş Ştatlarla birlikdə işləyəcəyini bildirib.
Trudeau həmçinin mütəşəkkil cinayətkarlıq və fentanillə bağlı yeni sənəd imzaladığını qeyd edib. Kanada sərhəd təhlükəsizliyi resurslarını artırmaq üçün işləməyə davam edəcək.
Tramp qələbəni elan edərkən çətin danışıqların davam edəcəyinə eyham vurub. ABŞ-ın Kanada ilə ticarət kəsirini hədəf alan Tramp, "Mən bu ilkin nəticədən çox məmnunam və Kanada ilə yekun iqtisadi razılaşmanı görmək üçün şənbə günü elan edilən tariflər 30 gün müddətinə dayandırılacaq" deyib.
Bundan əvvəl Meksika prezidenti Klaudiya Şeynbaum (Claudia Sheinbaum) və Donald Tramp Meksikanın ABŞ-a fentanil axınının və immiqrasiyanın dayandırılmasına kömək etmək üçün sərhədə 10 min əsgər göndərilməsinə dair razılığa gəliblər. Bu, Trampın tariflərdən geri çəkilmək üçün əsas tələbi idi.
Tramp administrasiyası 10 faizlik tariflərin Vaşinqton vaxtı ilə saat 00:01-də qüvvəyə minməsindən əvvəl Çinlə danışmağı planlaşdırır. Bazar ertəsi Vaşinqtonda jurnalistlərə danışan Tramp deyib ki, Çinlə danışıqlar “yəqin ki, 24 saat ərzində” baş tutacaq.
Müştərilərin xəbərləri
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
21 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 18 saat sonra
-
-
21 d. əvvəl
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
-
30 d. əvvəl
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir
-
2 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
2 saat əvvəl
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Ən çox oxunanlar
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
Palma yağı təhlükəlidirmi? - Qoşqar Təhməzlidən açıqlama
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Azərbaycan neftinin son qiyməti
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib






















