Azərbaycanın iri fondu əlavə qızıl alıb, ümumi miqdarı 147 tona yaxınlaşıb
2024-cü ilin 9 ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən əlavə alışlar və qızılın qiymət artımı nəticəsində porfelin xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 5,7% artaraq 17,7%-ə yüksəlmişdir.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Rəyində bildirilir.
Qeyd edilib ki, Fondun investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı ilin əvvəlinə 101,8 ton və ya 6 milyard 752,1 milyon ABŞ dolları təşkil etmişdir. Cari ilin 9 ayı ərzində əlavə olaraq 1 milyard 928,6 milyon ABŞ dolları dəyərində 25,2 ton qızıl alınmışdır. Əlavə alışlar və qızılın qiymət artımı nəticəsində, sentyabr ayına olan vəziyyətə görə qızılın ümumi miqdarı 127 ton və ya 10 milyard 844,9 milyon ABŞ dollarına yüksəlmişdir. İlin əvvəli ilə müqayisədə ümumi portfeldə qızılın xüsusi çəkisi 5,7% artaraq 17,7%-ə yüksəlmişdir.
ARDNF-in yaydığı hesabtda isə bildirilir ki, 31 dekabr 2024-cü il tarixində ABŞ dolları portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edir. Qızılın ümumi miqdarı 146,6 ton təşkil edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















