“West Product Marketing” MMC-də illik hesabat tədbiri keçirilib - FOTOLAR
“Odel” şirniyyat fabriki beş çeşiddə məhsulla tədbirin diqqət mərkəzində olub.(®) Bu günlərdə “West Product Marketing” şirkəti illik hesabat xarakterli tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan direktor Nurəddin Tağıyev şirkətin qazandığı uğurlara görə əməkdaşları təbrik edib, onlara növbəti ildə uğurlar arzulayıb.
Daha sonra şirkətin ilboyu fərqlənən onlarla əməkdaşına təşəkkürnamə və pul mükafatı verilib. Tədbirin qeyri-rəsmi hissəsində maraqlı oyunlar oynanılıb, çoxsaylı qaliblərə xüsusi hədiyyələr təqdim olunub.
Hesabat tədbirində “West Product Marketing” şirkətinin yeni istehsal layihəsi – “Odel” şirniyyat fabrikinin beş çeşiddə məhsulu təqdim edilib. Minlərlə respondent arasında keçirilən sorğuların nəticələrinə əsasən təkmilləşdirilmiş tərkiblə istehsal olunan “Romashka”, “Romashka şəkərli”, “Moskva”, “Jubileinoe” və “Sport” peçenyeləri böyük maraqla qarşılanıb.
Eyni zamanda, məhsulların istehsal prosesini əks etdirən videoçarx nümayiş olunub. Qeyd edək ki, “Odel” markası istehlakçı ilə kommunikasiyanı bütün platformalarda həyata keçirməyi planlaşdırır. Markanın siması Adil maskotudur. Avropada kulinariya təhsili alıb qayıtmış Adilin sloqanı “Dad səyahətində”dir. Şirkətdən verilən məlumata görə, Adilin həyat hekayəsi haqqında yaxın günlərdə hamı öyrənəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























