Azərbaycanın aparıcı inşaat şirkəti İmişlini gözəlləşdirir - FOTOLAR
Azərbaycanın aparıcı inşaat şirkətlərindən biri olan "Baku Building" MMC İmişli şəhərinin infrastrukturunun yenidən qurulmasında öz dərin izini qoyur.
"Baku Building" MMC-dən Marja-ya daxil olmuş məlumata görə, Şirkət köhnə tikililərin təmiri, yeni yolların çəkilməsi və piyada səkilərinin yenilənməsi ilə şəhərin estetik görünüşünü və sakinlərin həyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Son dövrlərdə İmişli şəhərinin aparılan abadlıq-quruculuq işləri layihəsi çərçivəsində Aşıq Ələsgər küçəsində piyada səkilərinin yenidən qurulması işləri uğurla başa çatdırılıb. Əvvəllər bu ərazilərdə piyadalar üçün nəzərdə tutulan yolların yararsız vəziyyətdə olması sakinlərin hərəkətini çətinləşdirirdi. Lakin "Baku Building" MMC-nin həyata keçirdiyi layihə sayəsində ümumi uzunluğu 2100 metr olan səkilər tamamilə yenilənib. Piyadaların sərbəst hərəkəti üçün müasir səki daşları və döşəmə plitələri quraşdırılıb, həmçinin layihə üzrə normativlərə uyğun olaraq əlil arabaları üçün panduslar düzəldilib.
Bu işlər yalnız sakinlərin gündəlik həyatını asanlaşdırmaqla kifayətlənməyib, həm də İmişliyə gələn qonaqların rahatlığını təmin edib. Ətraf mühitin estetik görünüşü də əhəmiyyətli dərəcədə yaxşılaşıb, bu isə şəhərin inkişafı üçün mühüm bir addımdır.
Bundan əlavə, yenidənqurma işləri hal-hazırda İmişli şəhərinin Həzi Aslanov küçəsində davam etdirilir. Artıq bu küçənin bir hissəsində işlər yekunlaşıb, müasir səki daşları və plitələr quraşdırılıb. Həmçinin, əlil arabaları üçün nəzərdə tutulmuş panduslar da bu ərazidə təmin edilib.
"Baku Building" MMC-nin İmişlidə həyata keçirdiyi bu yenidənqurma işləri regionun inkişafına verilən dəyərli töhfədir. Şirkət gələcəkdə də yüksək keyfiyyətli və innovativ layihələrlə Azərbaycanın inşaat sektorunda qabaqcıl mövqeyini qorumağı hədəfləyir.
Əlaqə üçün:
012 404 25 06, 050 229 16 16
Nərimanov rayonu, Ak.H.Əliyev küç. Ev 889-cu məhəllə 82F, mənzil 2
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib


























