“PASHA Bank Hackathon 2024” müsabiqəsinin qalibləri elan olundu
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” texnologiya və bankçılıq sahəsində yenilikləri təşviq etmək məqsədilə keçirdiyi “PASHA Bank Hackathon 2024” müsabiqəsini başa çatdırıb.
23-25 dekabr 2024-cü il tarixlərində keçirilən hakaton istedadların cəlb olunmasını, yeni biznes yanaşmalarının tətbiqini və müştəri ehtiyaclarına uyğun məhsulların yaradılmasını hədəfləyirdi. “PASHA Bank Hackathon 2024” çərçivəsində 10 finalçı komanda, Azərbaycan bank sektorundakı trendləri, bazarın mövcud imkanlarını təhlil edərək, bankçılıq sahəsindəki çağırışlara cavab verən ideyalar və həllər təqdim ediblər.
“PASHA Bank Hackathon 2024” müsabiqəsinin nəticəsi olaraq, fərqli kateqoriyalar üzrə göstəriciləri ən yüksək olan 3 komanda qalib elan edilib və ümumilikdə 16,000 AZN məbləğində pul mükafatı təqdim olunub:
1-ci yer: “Team 222” komandası – 8 000 AZN
2-ci yer: “AlfinX” komandası – 5 000 AZN
3-cü yer: “404” komandası – 3 000 AZN
“PAŞA Bank”, Azərbaycanın maliyyə sektorunda qabaqcıl texnologiyaların və innovativ biznes yanaşmalarının inkişafını dəstəkləməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
7 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
7 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
13 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb




























