Messinin şirkəti birjada yer alıb: Bazar dəyəri 223 milyon avrodur
Messinin qurduğu "Edificio Rostower Socimi" şirkəti 57,4 avroluq səhm qiyməti ilə İspaniya birjasına daxil olaraq 223 milyon avro bazar dəyərinə çatıb. Şirkətin İspaniya və Andorrada otelləri, ofisləri, mənzilləri, London və Parisdə mülkləri var. 2013-cü ildə qurulan şirkət 2023-cü ildə 1,7 milyon avro zərər etdiyini açıqlayıb. İnvestisiyalarının böyük hissəsi Messinin uzun illər yaşadığı Kataloniya bölgəsində cəmləşib. Messinin həyat yoldaşı Antonela Roccuzzo direktorlar şurasının sədr müavini vəzifəsini icra edir.
Argentinalı ulduz futbolçu Lionel Messinin təsis etdiyi daşınmaz əmlak müştərək investisiya şirkəti 57,4 avroluq səhm qiyməti ilə İspaniya birjasına daxil olub. Şirkətin bazar dəyəri 223 milyon avro (232,12 milyon dollar) olaraq müəyyən edilib.
Marja.az xarici mətbuata istinadən xəbər verir ki, Messi "Edificio Rostower Socimi" şirkətinin Müşahidə şurasının sədridir.
"Edificio Rostower"in portfelinə İspaniya və Andorrada yeddi otel, İspaniyada üç ofis sahəsi və beş mənzil daxildir. Onun London və Parisdə də mülkləri var. 2013-cü ildə qurulan şirkət 2023-cü ildə 1,7 milyon avro zərər etdiyini açıqlayıb. Şirkətin listinq prosesi ilə bağlı sorğulara hələ cavab verilməyib. Şirkətin sərmayələrinin əksəriyyəti Messinin 2000-ci ildə 13 yaşında "FC Barcelona"ya qoşulmaq üçün köçdüyü Kataloniya bölgəsinə aiddir.
"FC Barcelona" klubun borcları və La Liqanın maliyyə feyr-pley qaydalarına görə Messini komandada saxlaya bilməyəcəyini açıqlamışdı. Bundan sonra Messi "Paris Saint-Germain"ə (PSJ) transfer edilib. Messi futboldan ayrıldıqdan sonra həyat yoldaşı Antonela Roccuzzo və üç uşağı ilə birlikdə Barselonaya qayıtmağı planlaşdırdığını dəfələrlə bəyan edib. Messi hazırda Amerikanın "İnter Mayami" komandasında çıxış edir.
Messinin həyat yoldaşı Antonela Roccuzzo "Edificio Rostower"in müşahidə şurasında sədr müavini vəzifəsini icra edir. Digər üzv İspaniyanın "Naturgy"enerji şirkətinin idarə heyətinin üzvü Ramon Adelldir.
Daşınmaz müştərək əmlak investisiya şirkətinin məqsədi yüksək gəlirlilik potensialına malik daşınmaz əmlak layihələrinə investisiya yatırmaq və portfelindəki daşınmaz əmlakların alqı-satqısından və icarəsindən gəlir əldə etməkdir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 49 d. əvvəl
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
1 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
2 saat əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
2 saat əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
Son Xəbərlər

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı
Ən çox oxunanlar

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
