Bu il VÖEN almış qadın sahibkar ixrac gəliri üzrə nəhəng şirkətləri geridə qoyub
Bu il dövlət qeydiyyatından keçmiş fərdi sahibkar Süleymanova Göhər Süleyman qızı 2024-cü ilin 11 ayı ərzində 50 milyon dollardan artıq mallar ixrac edib.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, Göhər Süleymanova 50,6 milyon dollarlıq ixrac həcmilə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 5-ci yeri tutub.
O ixrac məbləğinə görə, şəkər tozu istehsalçısı "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-ni, qızıl, gümüş və mis istehsalçısı “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyini, siqaret istehsalçısı "Tabaterra" QSC-ni, Azərbaycanın ən böyük fındıq emalı və ixracatçısı “Khan-El” MMC-ni və süd məhsulları istehsalçısı “Atena” Məhdud Məsuliyyətli Cəmiyyətini geridə qoyub.
Süleymanova Göhər Süleyman qızı 2024-cü ilin Fevral ayında vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Yevlax rayonu, Qaraməmmədli kəndidir. Lakin sahibkarın hansı malların ixracı ilə məşğul olduğu barədə məlumatlar əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən il də, bazarda geniş tanınmayan, iri istehsal yeri olmayan şəxslər ixracatçı subyektlərin reytinqində ilk onluqda yer almışdılar. 2024-cü ildə məlum olub ki, həmin şəxlər kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmaq adı altında cinayətkarlıq ilə məşğul olublar, 1,1 milyard manatdan çox vəsaiti ölkəyə qaytırmayıblar. İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan şəxslər ilə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq davam edir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















