Quba İş Adamlarına Dəstək (QİAD) platforması daha bir tədbir keçirib - 50 SAHİBKAR GÖRÜŞÜB
Quba İş Adamlarına Dəstək (QİAD) platformasının təşkilatçılığı, "Pətək" bal evi və "Polymart" şirkətinin sponsorluğu ilə Qubada sahibkarlar "Səhər Yeməyi" proqramında bir araya gəliblər.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətində Şöbə müdirinin müavini Loğman Əliyev, Quba KOB Dostu Asif Cəfərov, Quba ABAD Factory İstehsalat Birliyinin direktoru Elxan Nağıyev, QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov, İdarə Heyəti üzvləri və bölgə sahibkarları iştirak ediblər.
50 sahibkarın iştirakı ilə keçirilən tədbirin məqsədi bölgədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin sıxlaşdırılması, şirkətlərarası ticarətin inkişafı, dövlət-özəl dialoqunun artırılması, dayanıqlı tərəqqinin dəstəklənməsidir.
Görüş fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlar arasında ikili görüşlərlə davam edib.
QİAD platformasının 2025-ci il üçün nəzərdə tutulan fəaliyyət planına əsasən il ərzində bu qəbildən olan görüşləri davam etdirməyi, sosial-iqtisadi sahədə əhəmiyyətli layihələrə imza atmağı hədəfləyir.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, şimal regionunda da yaranmış münbit iqtisadi mühit, dövlət dəstəyi sahibkarlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəkdir.
QİAD platformasının üzvlərinin təşəbbüsü bu istiqamətdə dövlətimizin siyasətini dəstələyərək sahibkarlarımıza, nəticədə ölkə iqtisadiyyatına öz mümkün töhfəsini verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















