AccessBank və AYİB müəssisələri 50/50 maliyyələşdirəcəklər - SAZİŞ İMZALANIB
AccessBank və AYİB Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə birləşdilər. AccessBank AZZA şirkətinə yeni müasir istehsal müəssisəsinin tikintisinin başa çatdırılması üçün 14 milyon manat məbləğində kredit və “yaşıl iqtisadiyyatın” inkişafı məqsədilə qrant təqdim edəcək.AccessBank və AZZA arasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Risklərin Bölgüsü Proqramı (Risk Sharing Facility) çərçivəsində ilk uzunmüddətli kredit sazişi imzalanıb.
AccessBank-ın yydığı məlumatda bildirilir ki, bu mexanizm AccessBank və AYİB-ə Azərbaycanda kiçik və orta müəssisələri bərabər şəkildə (50/50) maliyyələşdirməyə imkan verir. Birgə əməkdaşlıq biznesin inkişafı üçün yeni imkanların yaradılmasına, investisiya proseslərinin stimullaşdırılmasına və sahibkarlar üçün əlverişli şəraitin formalaşdırılmasına dəstək olacaq.
Müqavilə çərçivəsində AccessBank AZZA şirkətinə yeni müasir istehsal müəssisəsinin tikintisinin başa çatdırılması üçün 14 milyon manat məbləğində kredit və “yaşıl iqtisadiyyatın” inkişafı məqsədilə qrant təqdim edəcək. Bu əməkdaşlıq ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqini sürətləndirməyə və müasir şəraitdə biznesin davamlılığının artırılmasını dəstəkləyəcək.
“AZZA komandasına göstərdiyi sadiqlik və iştirak üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələn il istifadəyə verilməsi nəzərdə tutulan yeni istehsal sahəsi bizim gözləntilərimizi doğruldacaq. AYİB ilə Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə bağlanılan razılaşma bizim üçün qürurvericidir. Burada əsas diqqət innovasiyaların tətbiqi, maliyyə resurslarının əlçatanlığı və davamlı inkişaf üçün münbit şəraitin yaradılmasına yönəldilir. Əməkdaşlığımızın mühüm hissələrindən biri də qlobal tendensiyaların bir hissəsinə çevrilən “yaşıl iqtisadiyyat” sahəsində təşəbbüslərin dəstəklənməsidir”, - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.
AccessBank, AZZA və AYİB arasında əməkdaşlıq Azərbaycanın özəl sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkədə davamlı iqtisadi artımın dəstəklənməsinə mühüm təsir göstərəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

























