Azərbaycanda fevral ayına qədər havaların soyuması, yağıntıların artması gözlənilir - Coğrafiya İnstitutu:
“Havaların ötən illərlə müqayisədə bu il tez soyuması “Cənub ossilyasiya indeksinin” müsbət fazası olan “La-Nino”nun aktivləşməsi ilə əlaqədardır”.
Bunu açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik H. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
O bildirib ki, hansısa ərazidə hava şəraitinin, o cümlədən hava temperaturunun dəyişməsi bir çox səbəblərlə əlaqədar ola bilər:
“Bu daha çox hava kütlələrinin hərəkət xarakteri ilə əlaqəlidir. İndiki şəraitdə soyuqların bir qədər tez düşməsi Ümumdünya Meteoroloji Təşkilatının və dünyanın bir çox proqnoz mərkəzlərinin verdiyi məlumatlara əsasən "La-Nino" hadisəsinin aktivləşməsilə bağlıdır. “La-Nino” Sakit okeanın ekvatorial hissəsində müşahidə olunan "Cənub ossilyasiya indeksinin" müsbət fazasıdır. Onun mənfi fazası isə “El-Nino” hadisəsi adlanır. "Cənub ossilyasiya indeksi” Sakit okeanın şərqində yerləşən Darvin adası və qərbində yerləşən Taiti adaları arasında atmosfer təzyiqi fərqi ilə müəyyən olunur. Əgər Darvin adasındakı təzyiq Taiti adasındakından azdırsa (mənfi faza), külək qərbdən şərqə tərəf əsir və qızmış okean səth sularını şərqə - Cənubi Amerika sahillərinə doğru daşıyır. Bu proses nisbətən uzun müddət davam etdikdə, tədricən Sakit okeanın mərkəzi və şərq hissələrində, xüsusilə də Cənubi Amerikanın qərb sahillərində qızmış su sahələri və onların temperaturu ketdikcə artır ki, bu da “El-Nino” hadisəsi adlanır. “El-Nino” baş verdikdə qızmış okean suları istiliyin bir hissəsini atmosferə ötürdüyündən dünyanın qlobal temperaturu da bir qədər artırır, yəni “parnik” qazlarının yaratdığı qlobal istiləşməni bir qədər də kəskinləşdirir. Buna misal olaraq qeyd etmək olar ki, 2023-cü ilin sonlarından və 2024-cü ilin ortalarına qədər davam etmiş “El-Nino” hadisəsi nəticəsində 2024-cü ilin son yüzilliyin ən isti ili olacağı gözlənilirdi.
Bunun əksinə olaraq, əgər Darvin adasındakı təzyiq Taiti adasındakından çoxdursa, müsbət faza hesab edilən “La-Nino” hadisəsi baş verir ki, bu zaman küləyin istiqaməti şərqdən qərbə doğru yönəlir. Bu zaman Cənubi Amerika sahillərindən başlayaraq okean üzərində qızmış su kütlələri qərbə - açıq okeana doğru hərəkət edir və onların yerini isə okeanın dərinliyindən qalxan daha soyuq su kütlələri tutur. Bu proses davam etdikcə tədricən okeanın səth suları soyuyur ki, bu da öz növbəsində okean üzərindəki atmosfer havasının da temperaturunun bir qədər aşağı düşməsinə səbəb olur. Bu son nəticədə atmosfer hava dövranı nəticəsində qlobal temperaturun da azalmasına gətirib çıxarır. 2025-ci ilin fevralınadək "La-Nino"nun aktivləşəcəyi proqnozlaşdırılır”.
Səid Səfərov qeyd edib ki, “El-Nino” və “La-Nino”nun qlobal hava şəraitinə təsiri yuxarıda qeyd edilən təzyiqlər fərqinin qiymətindən və davametmə müddətindən asılıdır və dünyanın müxtəlif ərazilərində bir qədər fərqli şəkildə təzahür edə bilər: “Dünyanın bir çox alim və mütəxəssislərinin fikrinə görə, “La-Nino”nun gözlənilən aktivləşməsi çox da kəskin olmayacaq və bu istənilən halda mövcud qlobal istiləşmənin tempini nəzərəçarpacaq dərəcədə aşağı sala bilməyəcək”.
O həmçinin bildirib ki, verilən proqnozlara əsasən, Azərbaycan ərazisində də fevral ayına qədər havaların bir qədər soyuması, yağıntıların (qar və yağış şəklində) artması gözlənilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 d. əvvəl
-
19 d. əvvəl
Futbol və əyləncə bir arada – “CityNet TV”dən “Digiturk” paketinə xüsusi endirim!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
28 d. əvvəl
İlham Əliyev Sabirabadda - aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
- 43 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla-dan ayrıla bilər"
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Prezident “Azera Toxumçuluq” şirkətinin müəssisəsində oldu
İlham Əliyev Sabirabadda - aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Bankların xalis mənfəəti 10 faizə yaxın artıb
Dünya şəkər bazarında qiymətlər kəskin enməkdə davam edir
"1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla-dan ayrıla bilər"
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Amazon 30 minədək iş yerini ixtisar etməyi planlaşdırır
Qızılın qiyməti 4 min dollardan da aşağı düşdü
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi



















.jpg)





