Azərbaycanın ilk yerli boya markası “Sobsan” 25 illik yubileyini möhtəşəm qala gecəsi ilə qeyd etdi - FOTO/VİDEO
(®) 25 il əvvəl 1999-cu ildə Qafqazın və Müstəqil Azərbaycanın ilk yerli boya markası olan “Sobsan” istehsal həyatına qədəm qoyub və bu illər ərzində yüksək keyfiyyət, innovativ məhsul seçimi imkanları və müştəri məmnuniyyətinə əsaslanan yanaşması ilə boya sənayesinin güvənilən markasına çevrilib.
14 Dekabr tarixində Four Seasons hoteldə markanın 25 illik fəaliyyətinə həsr olunmuş qala gecəsi təntənəli şəkildə qeyd olunub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Gecədə bir sıra dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, xarici qonaqlar, partnyor şirkətlərin təmsilçiləri, media nümayəndələri və tanınmış incəsənət adamları iştirak ediblər.
Tədbirdə çıxış edən şirkətin həmtəsisçisi Zöhrab Səbzəliyev açılış nitqi ilə qonaqları salamlayıb və “Sobsan”ın 25 illik yubileyində təkcə keçmiş uğurlarından deyil, həm də gələcək hədəf və perspektivlərindən bəhs edərək yerli bazarla yanaşı beynəlxalq bazarda da öz mövqeyini daha çox gücləndirmək əzmində olduğunu vurğulayıb. O, 15 ölkəyə olan uğurlu ixrac fəaliyyətindən də söz açıb.
Həmçinin, şirkətin həmtəsisçisi Cavid Səbzəliyev də jurnalistlərə müsahibəsində şirkətin uğurlu biznes fəaliyyəti və güclü korporativ əməkdaşlıq imkanlarından bəhs edib.
Daha sonra “Sobsan”ın 25 illik fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi olub. Bir sıra qonaqlar - “MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri Rəşad Cabirli, “Xəzər Media Mərkəzi”nin Reklam və Marketinq departamentinin direktoru Gökhan Özkundakçı, “Sobsan Boya”nın Özbəkistan Respublikası üzrə partnyoru Timur Mirpoladov və başqaları yubiley münasibətilə təbrik çıxışları ediblər.
Gecə məşhur incəsənət ustalarının bir-birindən maraqlı ifaları ilə daha da rəngarəng və unudulmaz olub.
Sobsan - Dünya Boyandıqca Gözəldir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)


