Polşa Banklar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası arasında Memorandum imzalanıb
10 dekabr 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Polşa Banklar Assosiasiyasının dəvəti ilə Polşa Respublikasında səfərdə olmuşdur.
ABA-nın yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Dr. Nərgiz Qurbanovanın yaxından dəstəyi ilə baş tutan səfər zamanı Yunus Abdulov Polşa Banklar Assosiasiyasının (PBA) prezidenti Tadeuş Bialek ilə görüş keçirmiş, iki ölkənin Assosiasiyaları arasında “Əməkdaşlıqa dair” Memorandum imzalanmışdır.
Memorandum iki Assosiasiyaları üzv təşkilatları arasında qarşılıqlı, faydalı əməkdaşlıq vasitəsilə tərəflərin ümumi maraqlarını təşviq etmək məqsədi daşıyır. Sənədə görə, ABA və PBA bank və maliyyə sahəsində seminarlar, forumlar, konfranslar və digər tədbirlərin təşkili üçün birgə əməkdaşlıq, həmçinin Polşa və Azərbaycan bank-maliyyə əlaqələrinin möhkəmləndirilməsi qərarına gəlmişlər.
Bundan əlavə, səfər çərçivəsində, ABA-nın icraçı direktoru Yunus Abdulov və Varşava Bank İnstitunun İdarə Heyətinin sədr müavini Mariola Şimanska arasında işgüzar görüş baş tutmuşdur. Görüşdə birgə təlim-tədris sahəsində əməkdaşlıq və mübadilə proqramlarının təşkili istiqamətində müzakirələr aparılmışdır.
Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Beynəlxalq Bank Şurasını buna misal gətirmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 16 saat əvvəl
-
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















