Bakıda təntənəli açılış-Premium avtohəvəskalar üçün eksklüziv məkan

(®) 6 dekabr 2024-cü il tarixində Bakıda, Heydər Əliyev prospekti, 191 ünvanında yerləşən yeni Maserati avtomobil mərkəzinin möhtəşəm açılış mərasimi keçirildi. Bu müasir 4S mərkəzi, İtaliya avtomobil sənayesinin incisi olan Maserati brendinin pərəstişkarları üçün əsas məkan olacaq.
Mərkəz özündə avtomobil satışı, texniki xidmət, eksklüziv aksessuarların təqdimatı və bir çox digər xidmətləri birləşdirir. Maserati brendi ilə bağlı hər bir ehtiyacı təmin etmək üçün nəzərdə tutulmuş bu mərkəz, Azərbaycanda premium avtomobil sevənlər üçün yüksək səviyyəli xidmətlər təqdim edir.
Yeni 4S mərkəzi, həm brendin beynəlxalq standartlarına uyğunluğu, həm də müştərilərin rahatlığını təmin etmək üçün müasir texnologiyalar və dizayn həlləri ilə təchiz olunmuşdur. Maserati-nin Azərbaycandakı yeni mərhələsi, avtomobil sənayesində keyfiyyət və mükəmməllik axtaranları özünə cəlb etməkdə iddialıdır.
Bu açılış, ölkədə avtomobil sənayesində yeni bir səhifə açır və Maserati brendinin Azərbaycanda daha geniş auditoriya ilə tanış olması üçün möhtəşəm imkan yaradır.
Ötən ilin dekabr ayında Maserati butikinin açılışı və Maserati Grecale modelinin təqdimatı ilə başlayan bu yol, innovasiyanın və dəbdəbənin mükəmməl vəhdəti ilə azərbaycanlı avtomobil həvəskarlarının rəğbətini qazanmışdı.
Bu uğurlu başlanğıcın davamı olaraq, Maserati brendi premium avtomobil sevənlər üçün xüsusi dizayn edilmiş yeni diler mərkəzini təqdim edir. 500 kvadratmetrlik geniş və dəbdəbəli şourumu ilə bu mərkəz, yalnız satış deyil, həm də yüksək səviyyəli sertifikatlı servis xidmətlərini təklif edərək müştərilərə maksimum rahatlıq və lüks xidmət təcrübəsi təmin edir.
Maserati-nin bu yeni mərkəzi, premium sinif avtomobil sənayesinə marağı olan hər kəs üçün eksklüziv bir məkan olmaqla yanaşı, Azərbaycanda brendin keyfiyyət və mükəmməllik səviyyəsini bir daha vurğulayır.
Tədbirə fəxri qonaqlar olaraq Maserati-nin regional direktoru Filip Klaverol və İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko qatıldılar. Onların iştirakı, bu mühüm açılışın region üçün xüsusi əhəmiyyətini bir daha vurğuladı.
Açılış mərasimində Maserati brendinin ən qabaqcıl modelləri təqdim edilib:
Bu il Maserati üçün xüsusi əlamətdardır, çünki dünya avtomobil sənayesinin əfsanəsi öz 110 illik yubileyini qeyd edir. Bir əsrdən çoxdur ki, Maserati sürət, dəbdəbə və İtalyan incəliyinin simvolu olaraq qalır.
“Bu, təkcə bizim üçün deyil, həm də Maserati brendi üçün xüsusi bir ildir. Biz fəxr edirik ki, bu möhtəşəm yubileyi sizinlə birlikdə qeyd edə bilirik,” – deyə Filip Klaverol vurğuladı.
Mərkəzdə Maserati-nin ən möhtəşəm modelləri ilə tanış olmaq mümkündür: Grecale, Gran Turismo və MC20. Hər biri sürət, dəbdəbə və müasir dizaynın mükəmməl nümunəsidir. Bundan əlavə, müştərilər Maserati Fuoriserie proqramı vasitəsilə öz fərdi parametrlərinə uyğun avtomobil sifariş edə bilərlər və ya xüsusi olaraq GT2 Stradale modelini əldə etmək imkanına malikdirlər.
Maserati MC20 – brendin texnologiya və yüksək performans dövrünü təcəssüm etdirən flaqman modelidir. Model Formula-1 texnologiyalarından ilhamlanan Nettuno mühərriki ilə təchiz olunmuşdur. MC20, yalnız sürət deyil, həm də yenilikçilik və mükəmməlliyin əsl simvoludur.
Maserati Grecale Trofeo – lüks və performansı birləşdirən mükəmməl yüksək sinif avtomobilidir. 530 at gücünə malik V6 mühərriki sayəsində avtomobil 3,8 saniyədə 100 km/s sürətə çatır. Geniş interyeri, qabaqcıl texnologiyaları və dəbdəbəli dizaynı ilə Grecale Trofeo gündəlik istifadə üçün ideal seçimdir.
Hər iki model Maserati-nin İtalyan sənətkarlığının və mühəndislik bacarığının ən yüksək zirvəsini nümayiş etdirir. Yeni mərkəzimizdə bu avtomobillərlə daha yaxından tanış ola və İtalyan avtomobil sənayesinin unikal dünyasına daxil ola bilərsiniz.
Maserati Fuoriserie proqramı, müştərilərə öz üslubunu və fərdiliyini əks etdirən avtomobil yaratmaq imkanı təqdim edir. Rənglərdən interyer materiallarına qədər hər bir detalı seçərək, yalnız sizin üçün hazırlanmış Maserati-nin sahibi olun. Bu proqram Maserati-nin eksklüzivliyə və fərdi yanaşmaya olan bağlılığını əks etdirir.
Maserati GT2 Stradale – güc, zərif dizayn və ümumi istifadəyə uyğunlaşmanı bir araya gətirən əsl incidir. Bu unikal model artıq sifariş üçün açıqdır, və biz sizi bu avtomobilin sahibi olmaq üçün hər mərhələdə dəstəkləməyə hazırıq.
Bizim missiyamız, ilk ziyarətinizdən başlayaraq, hər an sizə sevinc və unudulmaz təəssüratlar bəxş etməkdir. Maserati mərkəzində sizi lüks, fərdilik və İtalyan mükəmməlliyinin unikal dünyası gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
-
11 saat əvvəl
Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 11 saat əvvəl
-
12 saat əvvəl
"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
-
12 saat əvvəl
"40 milyon dollarlıq kapital cəlb etmiş tacikistanlı bir startapa yatırım etmişik"
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
100 milyard dollar kapitalı olan bank Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq
-
13 saat əvvəl
Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib
-
14 saat əvvəl
Putin Rusiyanın Avropaya hücum planı ilə bağlı iddialara aydınlıq gətirib
-
14 saat əvvəl
Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Son Xəbərlər

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

Azərbaycan və Maldiv viza prosedurunun sadələşdirilməsini müzakirə edib - Əliyev Maldivə səfərə gedəcək

Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib

Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"

Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb

"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib
.jpg)