Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə günü Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunan PMİ göstəriciləri, FED və AMB sədrləri Cerom Pavel və Kristin Laqardın çıxışları sonrası major valyuta məzənnələrində üfüqi tendensiya müşahidə olunur.
Avrozonada və İngiltərədə proqnozları üstələyən Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəricisi Amerikada ehtimal olunandan daha zəyif açıqalnadı. Belə ki, ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi noyabrda aylıq müqayisədə 3.9 bənd azalaraq 52.1 bəndə düşüb.
Bazar gözləntiləri bu dövrdə indeksin 55.5 bəndəə çatacağı yönündə idi.
Xatırladaq ki, xidmət sektorunda iqtisadi ativliyin yavaşladığına işarə edən indeks oktyabrda 56 bənd olub.
Baş bankirlərin çıxışlarına gəldikdə isə, Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Avropa Parlamentinin (AP) İqtisadiyyat və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən iclasında çıxış edib.
Geosiyasi mühitin sürətlə dəyişdiyinə diqqət çəkən Laqard, "İqtisadi modelimizdə mühüm struktur problemlərlə qarşılaşırıq" - deyə qeyd edib.
Laqard, Avropanın sürətli və cəsarətli hərəkət etməli olduğuna diqqət çəkərək, investisiyaların təşviqinə, innovasiyaların dəstəklənməsinə və məhsuldarlığın artırılmasına diqqət yetirməyin vacibliyini vurğulayıb.
Avrozonanın 5 rüb durğunluqdan sonra bu ilin ilk yarısında mülayim iqtisadi artım nümayiş etdirdiyini xatırladan Laqard, real artımın böyük ölçüdə ixrac və dövlət xərcləri ilə bağlı olduğunu bildirib.
FED sədri Cerom Pavel, “New York Times”-ın “DealBook Summit”-də etdiyi çıxışında ABŞ iqtisadiyyatının çox yaxşı vəziyyətdə olduğunu ifadə edərək, - "İqtisadiyyat və pul siyasəti haqqında özümü yaxşı hiss edirik" - deyə bildirib.
Faiz dərəcələri ilə bağlı çox sürətli hərəkət etdiklərini ifadə edən Pavel, işsizlik səviyyəsinin hələ də aşağı səviyyədə olduğunu və inflyasiyanın 2%-lik hədəfə düşməməsinə baxmayaraq, bu mövzuda irəliləyiş əldə etdiklərini bildirib.
Pavel sentyabr ayında faiz dərəcəsinin aşağı salınmasının əmək bazarını dəstəkləmək üçün güclü bir siqnal olduğunu ifadə edib.
FED-in müstəqilliyinin əhəmiyyətinə diqqət çəkən Pavel, Tramp idarəçiliyində FED-in müstəqilliyi ilə bağlı heç bir narahatlığının olmadığını ifadə edərək, - "Mən qəti olaraq “kölgə” FED sədrinin təyin edilməsinin masada olduğunu düşünmürəm. FED və ABŞ Maliyyə Nazirliyi arasındakı əlaqələr Tramp dövründə də davam edəcək” - deyə qeyd edib.
Bugün isə bütün diqqətlər “OPEC” toplantısına yönələcək. Çindən açıqlanan zəif iqtisadi göstəricilər, xüsusilə üfüqdə görünən ABŞ-Çin ticarət savaşları fonunda “OPEC” və “OPEC+”-dan neft hasilatı ilə bağlı hansı qərarın çıxacağı diqqətlə izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
17 d. əvvəl
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
PULLU Adam olmaq üçün ilk addımını at ®
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Ən çox oxunanlar
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR




.jpg)
.jpg)




.jpg)






