İş adamı Kamal Heydərovun iki şirkətdə payı azaldılır
"Altec" MMC-nin təsisçilərinin 02.12.2024-cü il tarixli qərarına əsasən Təsisçi Heydərov Kamal Şamil oğlunun müəssisədə olan payı 1 milyon manat məbləğində azaldılır.
Marja.az xəbər verir ki, bu barədə "Altec" MMC məlumat yayıb.
2017-ci ildə yaradılmış Şirkətin nizamnamə kapitalı 9 milyon 972 min 26 manatdır. Beləliklə, "Altec" MMC-nin kapitalı 8 milyon 972 min 16 manata düşəcəkdir.
"Altec" MMC-nin qanuni təmsilçisi (direktoru) Azməmmədov Vüsal İnqilab oğludur.
“Altis Qrup of Kompani” MMC-nin 02.12.2024-cü il tarixli təsisçi qərarına əsasən də nizamnamə kapitalı 1 milyon manat məbləğində azaldılır.
“Altis Qrup of Kompani” MMC 2 milyon 307 min 143 manatnizamnamə kapitalına malikdir. Mayanın azaldılmasından sonra Şirkətin kapitalı 1 milyon 307 min 143 manata düşəcəkdir.
“Altis Qrup of Kompani” MMC-nin qanuni təmsilçisi (direktoru) Nəcəfov Toğrul Cahid oğludur.
“Altis Group of Companies” MMC-nin təsisçisi Kamal Heydərovdur. O, “Çin Karqo” şirkətinin rəhbəri, iş adamı Şamil Heydərovun oğludur.
Kamal Heydərov “ALTEC” MMC-nin də (aluminium zavodu) təsisçilərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























