Bitcoin üçün 6 rəqəmli qiymət proqnozu
Nyu-Yorkda yerləşən investisiya bankı "The Benchmark Company"nin baş analitiki Mark Palmer, Bitcoin-in qiymətinin 2026-cı ilin sonuna qədər 225 000 dollara çatacağını gözlədiyini açıqlayıb.
Marja.az xəbər verir ki, bu proqnoz kriptovalyutanın çərşənbə günü gördüyü təxminən 95 000 dollara səviyyəsindən 136 faiz artım deməkdir. Bu yaxınlarda investisiya bankı "Standard Chartered" Bitcoin üçün 200 000 dollar hədəflədiyini bəyan edib
Palmer bu həftə Yahoo Finance-ə verdiyi müsahibədə, Bitcoin qiymətindəki bu artımın əsasən institusional investorların artan marağından qaynaqlanacağını söyləyib. Palmerin sözlərinə görə, pensiya fondları və xüsusilə iri investorlar Bitcoin-i öz portfellərinə daxil etmək üçün getdikcə daha cəsarətli addımlar atırlar.
Palmer bu vəziyyəti keçmişdə qızıl bazarındakı proseslər ilə müqayisə edib. O xatırladıb ki, 2000-ci illərin əvvəllərində qızılın birja fondları investorlarının və pensiya fondlarının portfelinə daxil edilərkən qızılın dəyəri 845% artıb. Analoji prosesin Bitcoin üçün də baş verə biləcəyini deyib.
Tramp faktoru
Bitcoin investorları, Trampın ikinci müddətində kriptovalyutalar üçün daha əlverişli tənzimləmə mühitinin yarada biləcəyi gözləntisi ilə hərəkət edirlər. Palmer, kriptovalyuta bazarlarında “kripto prezidenti” kimi tanınan Trampın tənzimləmələri asanlaşdırmaq və hətta milli Bitcoin ehtiyatı yaratmaq üçün addımlar ata biləcəyini deyib. Trampın Ağ Evə “kripto nümayəndə” təyin etməyi planlaşdırdığına dair iddialar da Bitcoin üçün müsbət siqnal hesab olunur. Palmer qeyd edib ki, belə bir mövqe ABŞ-ı kriptovalyuta sahəsində lider edə bilər.
Bu optimizm həm də Wall Street-in Bitcoin üçün daha yüksək hədəflər qoymasına səbəb olur. Xüsusilə, Tramp ikinci müddətə hazırlaşarkən, proqnozçular Bitcoin üçün iddialı qiymət proqnozları verirlər. Proqnoz bazarı Polymarket-də Bitcoin-in ilin sonuna qədər 100 000 dollara çatma ehtimalı 73 faiz olaraq göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)


