SİMA minlərlə ağacın qorunmasına töhfə verir
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza olaraq ekoloji problemlərin həllinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə davam edir. Kağız istehsalını azaltmaqla ətraf mühitin qorunmasını hədəfləyən bu rəqəmsal həll yaşıl texnologiyaların təşviqinə xüsusi önəm verir. Bu istiqamətdə SİMA Bakıda keçirilən COP29 tədbirini dəstəkləyərək qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv iştirakını bəyan edir. SİMA-nın məqsədi rəqəmsallaşmanın geniş tətbiqi vasitəsilə daha yaşıl və dayanıqlı gələcəyə yol açmaqdır.
“SİMA İmza” brendi altında və mobil tətbiq şəklində çalışan bu texnologiya yalnız hüquqi etibarlılığa və təhlükəsizliyə fokuslanmır. Həm də yaşıl texnologiyaların tətbiqi və ekosistemin qorunması istiqamətində də vacib töhfələr verir. Hazırda 60-dan çox tərəfdaşı olan SİMA ilə qurumlar bir çox fiziki xidmətləri rəqəmsallaşdırıblar. SİMA ilə bu günədək həyata keçirilən tranzaksiyalar nəticəsində hər hansı fiziki iştirakçılıq olmadan, kağız sənədlər istifadə edilmədən milyonlarla sayda imzalama, təsdiqləmə və ya elektron sistemlərə giriş edilib. Bu həcmdə kağızsız əməliyyat isə yüzminlərlə ağacın kəsilməkdən xilas edilməsi deməkdir.
Nəticə etibarilə SİMA yeni nəsil rəqəmsal imzadan istifadə ağacların kəsilməsinin, dolayı yolla təbiətdəki yaşıllığın azalmasının qarşısını alır. Kağız istehsalının azaldılması isə həm də istehsal prosesi zamanı sərf olunan su və enerji ehtiyatlarına da qənaət etmə imkanı yaradır.
Qeyd edək ki, kağız istehsalı böyük miqdarda ağacın kəsilməsini tələb edən prosesdir. Hesablamalara görə, bir ton kağız istehsalı üçün təxminən 17 ağac kəsilir. Orta hesabla hər il dünyada 400 milyon ton kağız istehsal edildiyini nəzərə alsaq, bu, hər il yüzminlərlə ağacın kəsilməsi deməkdir. Başqa bir nümunə gətirsək, günümüzdə bank filiallarında bir kredit müqaviləsinin hazırlanmasına təxminən 50 vərəq sərf edilir. Rəqəmsal sənədləşmə sayəsində isə bu göstəricini 80%-ə qədər azaltmaq mümkündür.
Bu gün artıq 1000-dən çox elektron xidmət SİMA ilə əlçatandır. Aparılmış monitorinqə görə, təkcə banklarda SİMA ilə kredit vermə müddəti 3 dəfə, müştəri itkisi göstəricisi 2 dəfə azalır. “SİMA İmza” həm də bölgələrdə yaşayan sakinlərin xidmət mərkəzlərinə gəlmə asılılığını aradan qaldırır ki, bu da enerjiyə (yanacağa) qənaət, dolayı yolla təbiətə buraxılan zərərli qazların azaldılması deməkdir.
Nəticə olaraq rəqəmsal sənədləşmənin genişlənməsi karbon izinin azalmasına, su və enerji sərfiyyatının optimallaşmasına gətirib çıxarır. Bu cür dəyişikliklər yalnız ətraf mühitin qorunmasına deyil, həm də davamlı və yaşıl texnologiyalar əsasında inkişaf edən bir gələcəyə xidmət edir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
26 d. əvvəl
20–30 mart tarixlərində əlavə reyslər təyin ediləcək - “Azərbaycan Dəmir Yolları”
- 34 d. əvvəl
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu nümunəvi vergi ödəyicisi kimi təltif olunub
-
1 saat əvvəl
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” xidmət sahəsində məşğulluğun inkişafına töhfəyə görə mükafata layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Sach: Türkiyə Mərkəzi Bankı apreldə faiz artıra bilər
-
1 saat əvvəl
"Abşeron" yatağında təbii qazın hasilatına başlanılacağı vaxt açıqlanıb
-
2 saat əvvəl
Fövqəladə ehtiyatlardan bazara çıxarılan neft barədə detallar açıqlanıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan 153 ölkə arasında 80-ci yerdə olub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
Goldman Sach: Türkiyə Mərkəzi Bankı apreldə faiz artıra bilər
Ən çox oxunanlar
Neft qiymətləri artmaqda davam edir - "ABŞ İranla bağlı bir neçə yüksək riskli hərbi variantı nəzərdən keçirir"
Bu yay "Sea Breeze" ərazisində italyan və Mərakeş restoranı açılacaq
Rəsmi məzənnələr açıqlandı
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib

























