Beynəlxalq konsaltinq şirkəti Deloitte COP29-da böyük heyətlə təmsil olunur - FOTO
Heyətin məqsədi Deloitte-un dayanıqlı maliyyə, enerji keçidləri və iqlim davamlılığına töhfə verən qabaqcıl texnologiyalar sahəsindəki həllərini təqdim etməkdirDeloitte, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Tərəflər Konfransında (COP29) qlobal liderlər, siyasətçilər və innovatorlarla bir araya gəlməkdən qürur duyur.
Marja xəbər verir ki, bu barədə beynəlxalq konsaltinq şirkətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu sammitdə, Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə dünyanın ən böyük peşəkar xidmətlərini göstərən şirkətlərdən biri olan Deloitte, Türkiyə, Almaniya, ABŞ, Hindistan, Yeni Zelandiya, Niderland kimi ölkələrdən olan ekspertlərdən ibarət böyük bir heyətlə təmsil olunur. Heyətin məqsədi Deloitte-un dayanıqlı maliyyə, enerji keçidləri və iqlim davamlılığına töhfə verən qabaqcıl texnologiyalar sahəsindəki həllərini təqdim etməkdir.
COP29 həm Azərbaycan, həm də Deloitte üçün iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf sahəsində qətiyyətli öhdəliklərini nümayiş etdirmək baxımından vacib bir fürsətdir. Deloitte-un beynəlxalq şəbəkəsini təmsil edən ekspertlər tədbir çərçivəsində karbon azaldılması, yaşıl enerji üçün maliyyələşdirmə imkanlarının genişləndirilməsi və iqlim risklərinin həlli üçün innovativ yanaşmalar kimi əsas mövzularda panel müzakirələri və seminarlarla iştirak edəcəklər.
“COP29 təkcə Azərbaycan üçün deyil, dünya üzrə biznes və hökumətlər üçün də əhəmiyyətli bir dönüş nöqtəsidir,” – deyə Deloitte Azərbaycanın İdarəedici Partnyoru Nuran Kərimov bildirib və əlavə edib: “Deloitte-un aparıcı mütəxəssislərindən ibarət heyətimiz bu mötəbər tədbirdə, daha dayanıqlı bir gələcəyə doğru aparan həlləri müzakirə etməkdən məmnunluq duyur.”
Deloitte-un COP29-da keçirəcəyi tədbirlər və mövzularla bağlı daha ətraflı məlumat üçün Deloitte COP29 Tədbir Səhifəsini ziyarət edin. COP29 çərçivəsində Deloitte pavilyonunda bizi ziyarət edərək daha çox məlumat ala və müzakirələrimizə qoşula bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























