Mastercard və Rabitəbank Karbon kalkulyatorunu təqdim etdi
Bu kalkulyator Azərbaycanda istehlakçılara ətraf mühitə təsirlərini azaltmağa kömək edəcək.Mastercard Rabitəbankla tərəfdaşlıq çərçivəsində Azərbaycanda ətraf mühitin dayanıqlılığı istiqamətində atılan addımları dəstəkləmək məqsədilə Karbon Kalkulyatorunu istifadəyə verib. Bu innovativ alət istehlakçılara öz təqribi karbon izlərini daha yaxşı anlamağa kömək edir. Artıq Rabitəbank vasitəsilə təqdim olunan Mastercard Karbon Kalkulyatoru azərbaycanlı istehlakçılara daha məlumatlı və ətraf mühitə həssas xərcləmə qərarları verməyə həvəsləndirir.
İsveçrənin “Doconomy” innovasiya startapı ilə birgə hazırlanmış Mastercard Karbon Kalkulyatoru istifadəçilərə müxtəlif kateqoriyalar üzrə alış-verişləri əsasında təxmini fərdi karbon emissiyalarının aydın təsvirini təqdim edir. Bu həll daha məlumatlı alış-veriş qərarlarını dəstəkləməklə qlobal və milli dayanıqlılıq məqsədlərinə töhfə verir.
"Mastercard Rabitəbankla birgə daha dayanıqlı seçimlər etmək üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən, həmçinin ətraf mühitə təsiri azaldan rəqəmsal həllər təqdim etmək öhdəliyinə sadiqdir. Rabitəbankın Karbon Kalkulyatorunu tətbiq etməsi müştərilərinə iqlim dəyişikliyini azaltmaq üçün qlobal səylərə qoşulmaq imkan verəcək," – deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Meneceri Avşar Gürdal bildirib.

"Rabitəbank olaraq biz müştərilərimizi planetimizə müsbət təsir edən məlumatlı qərarlar verməyə təşviq etməyin gücünə inanırıq. Azərbaycanda Mastercard Karbon Kalkulyatorunu istifadəyə verməklə cəmiyyətimizin ətraf mühitə təsirini idarə etməsinə və daha dayanıqlı bir gələcəyə töhfə verməsinə kömək edirik. Bu əməkdaşlıq Mastercard ilə birgə dayanıqlılığa və gələcək nəsillərin rifahının yüksəldilməsinə olan sadiqliyimizi nümayiş etdirir," - deyə Rabitəbank ASC-nin İdarə Heyətinin sədri Dr. Aydın Hüseynov qeyd edib.

Milli İlqim Hədəflərinə Dəstək
Mastercard Karbon Kalkulyatoru artıq 12 ölkədə, o cümlədən Bolqarıstan, Honq Konq, Macarıstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, İspaniya, Tayvan, BƏƏ və Böyük Britaniyada yerləşən 33 müştəri ilə fəaliyyət göstərir.
Karbon Kalkulyatoru Mastercard-ın karbon emissiyalarını azaltmaq və qlobal iqlim tədbirlərini dəstəkləmək öhdəliyinin bir hissəsidir. Şirkət 2040-cı ilə qədər sıfır xalis tullantı hədəfinə çatmağı planlaşdırır və 2028-ci ilə qədər Mastercard şəbəkəsindəki bütün fiziki ödəniş kartlarının istehsalında ilkin olaraq PVC plastiklərindən mərhələli şəkildə imtinanı tələb edən “Dayanıqlı Kartlar Proqramı”nı hazırlayıb. Bu günə qədər 108 ölkədə 750-dən çox emitent 685 milyon kartın təkrar emal edilmiş və bioəsaslı materiallara keçidini təmin etmək üçün qeydiyyatdan keçib. Mastercard ətraf mühitin dayanıqlılığını biznesinin fəaliyyətinin mərkəzinə qoyaraq hər kəs üçün daha kefiyyətli həyat yaratmaq üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən məlumat, bilgi və texnologiya üzrə etibarlı tərəfdaş olmağı hədəfləyir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
9 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
10 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
10 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























