Broyler toyuğu və yumurtasının "zərərləri" barədə yayılan məlumat ilə bağlı AÇIQLAMA
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının AÇIQLAMASI
Son günlər yenidən bir sıra İnternet portallarında broyler toyuğu və yumurtasının insan orqanizminə “zərərləri” mövzusunda yazılar yer almağa başlayıb. Həmin yazılarda qidalanma mütəxəssisi kimi təqdim edilən Məhsəti Hüseynova quşçuluq təsərrüfatlarının fəaliyyəti, müəssisələrdə toyuqların yetişdirilməsi, yumurta istehsalına dair heç bir dəlil-sübuta əsaslanmayan fikirləri yer alıb.
Biz Azərbaycan quşçuluq təsərrüfatlarının sahə birliyi olaraq M.Hüseynovadan əlində olan və broyler toyuğunun, yumurtasının insan orqanizminə zərərləri ilə bağlı dediklərini sübut edən faktları təqdim etməsini tələb edirik. Bu zaman aşağıdakıların da açıqlanmasında təkid edirik:
1.Broyler toyuqlarında zərərli maddələr, o cümlədən antibiotik və hormonal maddələrin olduğunu hansı laboratoriyada, nə zaman yoxlanma nəticəsində müəyyən edib?
2.Broyler yumurtasının tərkibini hansı laboratoriyada və nə zaman yoxlayıb?
3. Hər iki məhsulun insan orqanizminə iddia etdiyi zərərləri hansı tədqiqat nəticəsində üzə çıxıb? Bu tədqiqat hansı elmi institut tərəfindən aparılıb?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib:
“İlk olaraq bildirim ki, quşçuluq təsərrüfatları biznes reputasiyasına zərər vurması, antireklam təbliğatı aparmasına görə M.Hüseynova barədə məhkəmə iddiası qaldıracaqlar. Çünki o xanım heç bir elmi tədqiqat, laborator analiz nəticələri təqdim etmədən broyler toyuğu və yumurtasında antibiotiklərin, hormonal dərmanların olduğunu iddia edib. Bu məhsulların insan orqanizminə zərərini müəyyən etmək üçün onilliklər boyu elmi tədqiqatlar, çoxsaylı insanların xəstəlikləri üzrə müşahidələr, analizlər aparılmalıdır. Dünyada indiyədək bu istiqamətdə hansısa zərəri sübut edən tədqiqat nəticəsi açıqlanmayıb. Bu halda M.Hüseynova iddia etdiyi məlumatları haradan alıb? Hansı tədqiqatlara istinadən Azərbaycan quşçuluq təsərrüfatlarının biznes imicinə, istehsal prosesinə zərbə vuran iddialarla çıxış edir? Axı bu sahədə on minlərlə insan çalışır və aldığı əmək haqqı ilə ailəsini saxlayır. Bu qədər insanın rifahını heç bir elmi tədqiqata, konkret fakta əsaslanmayan iddialarla təhlükəyə atmaq nə qədər məntiqlidir”?
Qeyd edirik ki, quşçuluq sahəsi müxtəlif xəstəliklərə qarşı ən həssas sahələrdən biridir. Buna görə də bu sahədə müxtəlif dərman preparatlarından istifadə olunması bütün dünyada tətbiq olunan praktikadır:
“Bütün canlılarda qəbul edilən dərmanların orqanizmdən xaric olunması müddəti var. Tam məsuliyyətimlə bəyan edirəm ki, quşçuluq təsərrüfatlarında tətbiq olunan preparatların orqanizmdən xaric olunması müddətinə dair tələblərə tam əməl edilir, o müddət bitmədən heç bir toyuq kəsimə göndərilmir. Əks halda, Azərbaycan Qida Təsərrüfatı üzrə Dövlət Agentliyinin mütəmadi analizlərində qalıq maddələr dərhal üzə çıxar. Yumurtaya gəlincə, biz Azərbaycanın daxili bazarı ilə yanaşı, dünyanın 10-a yaxın ölkəsinə həm damazlıq, həm də süfrə yumurtası ixrac edirik. Bizim nəzarət edən qurumlarımızın fəaliyyətini heç sayırlarsa, bəs həmin ölkələrə nə olub? Yumurtada antibiotik, hormonal dərman olsun, həmin ölkələrin müvafiq qurumları bunu aşkarlamasın? Bu, absurddur axı. Belə absurd iddialarla çıxış edən özünü qidalanma mütəxəssisi adlandıran şəxs onları sübuta yetirən faktları, dəlilləri də təqdim etməlidir”.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
10 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 13-də gözlənilən hava şəraiti
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
Azərbaycan neftinin son qiyməti
Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir






















