Azercell-in dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti”nə son 3 ay ərzində 500-ə yaxın zəng daxil olub
“Uşaq Qaynar Xətti” 2024-cü ilin 3-cü rübünün nəticələrini açıqladı
(®) 2024-cü ilin iyul, avqust, sentyabr ayları ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) ümumilikdə 481 müraciət daxil olub. Xidmətin təqdim etdiyi hesabata əsasən, müraciətlərin 138-i hüquqi məsələlər, 63-ü psixoloji dəstək, 41-i sosial çətinliklər, 38-i təhsil problemləri, 5-i isə səhiyyə sahəsinə aid olub. Digər kateqoriyaya daxil olan və naməlum zənglərin sayı 196 təşkil edib.
18 yaşdan yuxarı olan şəxslər tərəfindən edilən müraciətlərin sayı 396, 18 yaşdan aşağı uşaqlardan daxil olan müraciətlərin sayı 39, naməlum zənglərin sayı isə 46-dır. Müraciətlərin 271-i qız, 164-ü oğlan tərəfindən, 46-sı anonim şəkildə edilib.
Daxil olan müraciətlərlə bağlı bir sıra vacib tədbirlər görülüb. Hesabat dövrü ərzində 38 ailə ilə görüş təşkil edilib, hüquqi dəstək göstərilib, 50 sosial-psixoloji reabilitasiya işi aparılıb. Bununla yanaşı, 10 ailəyə və 3 məktəbə təcili səfərlər təşkil olunub.
“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlar və onların ailələrinin üzləşdiyi müxtəlif problemlərin həllinə ixtisaslaşmış yardım göstərməkdir. Xidmət uşaqların təhlükəsizliyinin və rifahının qorunması üçün daima fəaliyyətini genişləndirir.
“Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), Facebook və Instagram sosial şəbəkələri, “uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
11 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
11 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
12 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 13 saat əvvəl
-
14 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 15 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
