COP29-un işıqlandırılmasında iştirak edəcək ingilisdilli jurnalistlər üçün təlimlər keçilir
COP29-un işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün təşkil edilən silsilə təlimlər çərçivəsində Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29 və Dayanıqlı Media Təcrübələri” mövzusunda növbəti təlimlərə başlanılıb.
Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çağdaş dövrdə ekoloji problemlərin qlobal miqyasda artmasının ətraf mühitin qorunması istiqamətində daha funksional və əhatəli addımların atılmasına zərurət yaratdığını vurğulayıb.
O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində iqlim dəyişikliyi və ona qarşı mübarizə üsulları barədə effektiv məlumatlandırmanın həyata keçirilməsində, cəmiyyətin bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideya və həllər irəli sürməyə təşviq edilməsində medianın müstəsna rol oynadığını bildirib.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, həyata keçirilən silsilə təlimlərin əsas məqsədi media nümayəndələrini iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səviyyədə qabaqcıl bilik və anlayışlarla təmin etmək, onların bu sahədə savadlılığını artırmaq, xarici ekspertlərin təcrübələrini onlarla paylaşmaqdır.
“Economyfirst Limited London” şirkətinin direktoru, təcrübəli jurnalist Klaus-Peter Ralf Jurgens “Mavi və Yaşıl Zona”larda jurnalistlərin fəaliyyəti, qlobal iqlim problemlərinin hansı formada vizuallaşdırıla və auditoriyaya çatdırıla biləcəyi, həmçinin COP29 konfransının ictimaiyyəti, gəncləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri necə cəlb edəcəyi haqqında tədbir iştirakçıları ilə ətraflı müzakirələr aparıb.
Təlimin davamında çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Ətraf mühit jurnalistikası və ictimai diplomatiya” adlı sessiyada diplomatların xarici ictimaiyyətlə birbaşa əlaqə yaratmaq, qlobal rəyə təsir etmək və beynəlxalq əlaqələr qurmaq üçün sosial media platformalarından istifadə metodları və jurnalistlərin beynəlxalq müqavilələr haqqında necə effektiv məlumatlandırma apara biləcəklərindən danışıb.
Media sahəsində iyirmi ildən çox beynəlxalq təcrübəyə malik, “CNN”, “ABC News”, “Channel News Asia”, “Deutsche Welle TV” kimi məşhur media subyektlərində çalışmış, yüksək səviyyəli beynəlxalq konfrans və sammitlərdə moderator olaraq iştirak etmiş, jurnalist-teleaparıcı Ali Aslan öz növbəsində beynəlxalq statuslu jurnalistin formalaşması üçün əhəmiyyətli olan bilik və bacarıqlar barədə məlumat verərək öz təcrübələrini bölüşüb, COP29 kimi irimiqyaslı tədbirlər zamanı media nümayəndələrinin təfərrüatlı və cəlbedici cavabları təşviq edən təsirli suallar hazırlamaq üçün istifadə etdikləri texnikalardan bəhs edib.
Anadolu Agentliyinin Ekoloji xəbərlər departamentinin rəhbəri Hale Aydoğmuş isə iqlim jurnalistikasının əsas anlayışları və terminləri, ətraf mühit xəbərlərinin hazırlanma prosesində vizualların əhəmiyyəti, sosial mediada paylaşımlar, eyni zamanda, “Yaşıl Xətt” təcrübəsi barədə iştirakçılarla diskussiya aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 saat əvvəl
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
-
6 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Əmanətiniz illik 12 % gəlir gətirsin!
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
"Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik"
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
Ən çox oxunanlar
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Dövlət şirkəti ləğv olunur























