Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Ötən gün ABŞ-da açıqlanan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında ucuzlaşdı. Qızıl yeni tarixi rekorda qədər bahalaşıb, neftin qiyməti isə ucuzlaşmaqda davam edir. “Bincoin”-in qiyməti də tarixi maksimum səviyyəsinə yaxınlaşır.
EUR/USD valyuta cütlüyü ötən gün əzrində 1.0826 səviyyəsindən 1.0768 səviyyəsinə qədər ucuzlaşsa da, gün sonuna doğru bahalaşıb və hal-hazırda 1.0815 səviyyəsində ticarət olunur. GBP/USD cütlüyü eyni dövr ərzində 1.3020 həddinə qədər bahalaşdı, lakin, bugün səhər saatlarında öz mövqelərindən bir qədər itirərək 1.3000 səviyyəsinə qədər endi. USD/JPY cütlüyü isə 153.000 həddinin üzərində möhkəmlənməyə çalışır.
Qızılın qiyməti bugün tarixi rekordunu yenilədi. Dəyərli metal 2782$ səviyyəsinə qədər bahalaşdı. Çərşənbə axşamı günü “Brent” markalı neftin bir barrel üçün qiyməti 70.70$ səviyyəsinə qədər ucuzlaşıb. Hal-hazırda isə 71.60$ səviyyəsində ticarət olunur. Oktyabrın 29-na keçən gecə “Bitcoin” məzənnəsi 70000$-a çataraq yayın əvvəlindən yeni maksimuma çatdı. Günün sonuna doğru isə 73600$ səviyyəsinin üzərində ticarət edilirdi. Xatırlamaq lazımdır ki, 14 mart 2024-cü ildə kapitallaşmaya görə ən böyük kriptovalyutanın qiyməti tarixi maksimuma çataraq 73777$-a çatmışdı.
Dünən ABŞ-da “Conference Board” analitik şirkəti tərəfindən ölkədə İstehlakçıların İnam İndeksi dərc olunub. Verilən məlumata əsasən, göstərici proqnozları üstələyərək 99.2 bənd səviyyəsindən 108.7 bənd səviyyəsinə qədər yüksəlib. Həmçinin, ölkədə “JOLTS” Boş İşyerləri və Vakansiyalar Hesabatı dərc olunub. Qeyd olunur ki, ölkənin əmək bazarında açıq vakansiyaların sayı 7.861 milyondan 7.443 milyona qədər azalıb. ABŞ-ın ticarət saldosunun kəsiri isə avqust ayı ilə müqayisədə sentyabr ayında 14.1 milyard dollar artaraq 108.23 milyard dollara çatıb.
Bugün Almaniyada dərc olunacaq əsas iqtisadi indikatorlar investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. Belə ki, Bakı vaxtı ilə saat 13:00-da ÜDM və İşsizlik Səviyyəsi, saat 17:00-da isə İstehlak Qiymətləri İndeksi açıqlanacaq. Eləcə də, Avrozonada illik və rüblük ifadədə ÜDM göstəriciləri dərc olunacaq. Bakı vaxtı ilə saat 16:15-də isə ABŞ-da “Automatic Data Processing” (ADP) analitik şirkəti tərəfindən ölkədə Özəl Sektorda Yeni Yaranan İşyerlərinin Sayı açıqlanacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 25 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycan Dəmir Yolları tərəfindən qəbul edilən blok qatarın sayı kəskin artıb
-
- 30 d. əvvəl
- 40 d. əvvəl
- 47 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
Son Xəbərlər

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
Ən çox oxunanlar

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI
