Avropa Bankının Azərbaycandakı nümayəndəliyinə qarşı dələduzluqda ittiham olunan şəxslə bağlı qərar verilib
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə qarşı dələduzluqda ittiham olunan Kənan Rəsulovun cinayət işi ilə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə yekun məhkəmə aktı çıxarılıb. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edib. Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilib, onunla bağlı 1 il müddətinə azadlığın məhdudlaşdılması cəzası ləğv olunub. Ona digər maddələrlə qəti olaraq 3000 manat məbləğində cərimə cəzası kəsilib.
Qeyd edək ki, Rəsulov Kənan Fuad oğlu Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda olan nümayəndəliyinə saxta sənədlər təqdim edərək 2 milyon dollar kredit götürməkdə ittiham olunur. İttihama görə, Kənan Rəsulov biznemen Ziya Hüseynzadə ilə birlikdə Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərində ümumilikdə 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 2 milyon dollar kredit alıb. Lakin bu kredit təyinatı üzrə xərclənməyib. Ziya Hüseynzadə Kənan Rəsulovun adına iqlimlə bağlı layihənin icrası üçün 260 min avroluq qrant da alıb və bunun 133 minini özünə götürüb.
Hazırda Bakı Ağır Cinayətlər məhkəməsində sözügedən məsələ ilə bağlı məhkəmə istintaqı aparılır. Həmin işdə Ziya Hüseynzadə təqsirləndirilən şəxs qismində, Kənan Rəsulov və Avropa Yenidənqurma və İnkişaf Bankı isə zərərçəkmiş qismində tanınıb.
Ziya Hüseynzadə, həmçinin tanınmış model Raziyyat Əliyevanı döyməkdə ittiham olunur, bununla bağlı cinayət işi üzrə hazırda məhkəmə prosesi davam edir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 24 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)








