Azərbaycana Hindistan, Cənubi Koreya, Çin və İspaniyadan gələnlərin sayı kəskin artıb
Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 1,5 dəfə,Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyon 983,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 28,4 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,1 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail və Türkmənistan, 1,1 faizi Oman, 1,0 faizi Belarus, 11,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 1,5 dəfə, İordaniyadan - 41,3 faiz, İrandan - 38,4 faiz, İtaliyadan - 36,2 faiz, Polşadan - 35,7 faiz, Türkmənistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 28,1 faiz, Yəməndən - 25,3 faiz, ABŞ-dan - 21,8 faiz, Almaniyadan - 21,6 faiz, Özbəkistandan - 20,8 faiz, Misirdən - 20,1 faiz, Rusiya Federasiyasından - 18,4 faiz, Ukraynadan - 18,2 faiz, Türkiyədən - 17,2 faiz, Fransadan - 17,0 faiz, Küveytdən - 16,4 faiz, Moldovadan - 12,3 faiz, Tacikistandan - 11,2 faiz, Gürcüstandan - 10,6 faiz, Böyük Britaniyadan - 10,0 faiz, Bəhreyndən - 10,0 faiz artmışdır.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,2 faiz artaraq 81,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 337,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,6 faiz artaraq 748,5 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,8 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)













