Azərbaycana kərə yağı idxalı kəskin artıb - 124 MİLYON DOLLAR XARİCƏ ÇIXIB
2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 123 milyon 972 min dollar dəyərində 22 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 67 milyon 194 min dollar dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi. Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 10 min 155 ton və ya 84,2%, dəyər ifadəsilə 56 milyon 778 min dollar və ya 84,5% artıb.
BİTKİ YAĞLARININ DA İDXALI ARTIB
2024-cü ilin ilk 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 158 milyon 343 min dollar dəyərində 131 min 987 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsilə 25 min 493 ton və ya 24%, dəyər ifadəsilə 22 milyon 176 min dollar və ya 16,2% çoxdur.
2023-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 136 milyon 167 min dollar dəyərində 106 min 494 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















