NEQSOL Holding dünyanın ən böyük titan istehsalçılarından birini alır
NEQSOL Holding-in tərkibində olan “Semin Ukrayna” şirkəti, özəlləşdirmə hərracının nəticəsində “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” SC-nin 100% səhmlərinin alıcısı olub.NEQSOL Holding dünyanın ən böyük titan xammalı istehsalçılarından biri olan “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” SC-nin (BDKŞ/UMCC) sahibi olur.
Titan istehsalı qlobal tələbatın davamlı olaraq artması səbəbindən dünyanın diqqət mərkəzindədir. Bu möhkəm və yüngül metal müxtəlif sənaye sahələrində geniş istifadə olunur və aerokosmik sənayesi, yüksək texnologiyalı tibbi avadanlıqların, protezlərin və elektronikanın istehsalı, habelə kimya sənayesi üçün kritik əhəmiyyət daşıyır.
NEQSOL Holding-in tərkibində olan “Semin Ukrayna” şirkəti, özəlləşdirmə hərracının nəticəsində “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” SC-nin 100% səhmlərinin alıcısı olub. Bu özəlləşdirmə müqaviləsi Ukrayna Nazirlər Kabineti tərəfindən də təsdiq edilib.
“Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” dünyada titan və sirkonium filizinin konsentratlarını istehsal və emal edən ilk on şirkət arasında yer alır və bu sahədə Avropada ən böyük şirkət hesab olunur. O, qlobal bazarın 4%-ni əhatə edir. 2020-ci ildə şirkət təxminən 350 000 ton titan və sirkonium filizi konsentratları istehsal edib. Şirkətin tərkibinə Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən Volnoqorsk Dağ-Metallurgiya Kombinatı və Jitomir vilayətində yerləşən İrşansk Dağ-Emalı Kombinatı daxildir.
“Birləşmiş Dağ-Mədən Kimya Şirkətinin alınması ilə beynəlxalq biznesimizi genişləndirmək strategiyamızı davam etdiririk. BDKŞ müxtəlif strateji sahələrdə çox böyük əhəmiyyətə malik olan dünyanın ən böyük titan xammalı istehsalçılarından biridir. Bu müqavilə bizim holdinqin beynəlxalq biznes arenada mövqeyini gücləndirəcək. Strateji investor olaraq şirkətin modernləşdirilməsinə və gələcək inkişafına töhfə verəcəyik,” - deyə NEQSOL Holding-in rəhbərliyi bildirib.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















