"Dövlət vəsaitilə alınan bitki yağları tələblərə riayət edilmədən anbara toplanıb, yanıb və məhv olub" - AÇIQLAMA
Naxçıvanda bitki yağları anbarında yanğınla bağlı cinayət işi açılıbNaxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış, Şərur rayonunda yerləşən “Şərur Sənaye Mərkəzi” publik hüquqi şəxsin bitki yağları istehsalı müəssisəsinin anbarında sentyabrın 25-də baş vermiş yanğınla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, külli miqdarda dövlət vəsaiti hesabına alınan bitki yağları xammalı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilmədən anbara toplanıb, saxlanma şəraitinin düzgün təmin edilməməsi və digər pozuntular nəticəsində xammal qida məhsulu kimi yararsız hala düşüb, sonrakı mərhələdə isə tüstülənmə və yanmaya məruz qalıb, nəticədə isə külli miqdarda dövlət əmlakı məhv olub.
Baş vermiş hadisə ilə əlaqədar vəzifəli şəxslərin işə vicdansız və laqeyd münasibətləri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə külli miqdarda zərər vurulmasına əsaslı şübhələr əldə edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
17 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 25 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)





.jpg)



