Bank Respublika üçüncü rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib
Bankın xalis mənfəəti 53% artaraq 39,2 milyon manat təşkil edib.Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu möhkəmləndirib.
Qeyd edilib ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
- Bankın aktivləri 15% artaraq 2,2 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
- Bankın məcmu kapitalı 38% artaraq 206,7 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
- Bankın kredit portfeli 25% artaraq 1,4 milyard manata çatıb.
- Bankın depozit portfeli 12% artaraq 1,3 milyard manat təşkil edib.
- Bankın xalis faiz gəlirləri 30%-dən çox artaraq 109,43 milyon manata çatıb.
- Bankın xalis əməliyyat mənfəəti 46%-dən çox artaraq 52,1 milyon manata çatıb.
- Bankın xalis mənfəəti 53% artaraq 39,2 milyon manat təşkil edib.
- I dərəcəli kapitalın adekvatlıq əmsalı - 9,58% (norma 6%)
- Məcmu kapitalın adekvatlıq əmsalı - 13,66% (norma 12%)
- Leverec əmsalı - 6,68% (norma 5%)
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























