"Fitch Ratings" Expressbank-ın reytinqlərini yüksəltdi
Beynəlxalq "Fitch Ratings" agentliyi Expressbank-ın reytinqini yenidən qiymətləndirərək, gözlənti stabil olmaqla “B+” səviyyəsinə yüksəldib. Beləliklə, Expressbankın Dayanıqlılıq və Emitentin uzunmüddətli defolt reytinqi B səviyyəsindən B+ səviyyəsinə qalxıb.
Bankın yaydığı məlumatda bildirilir ki, Agentlik reytinq artımını ölkədə əməliyyat mühitinin inkişafı və Expressbankın son illərdə maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirməsi ilə əlaqələndirib. Fitch ekspertləri Bankın cəmi likvid aktivlərinin depozitlərin üçdə birini təşkil etməsi ilə Bankın adekvat likvidlik buferinin olduğunu qeyd edib. Həmçinin bu göstəricilərin yaxın gələcəkdə uğurla davam edəcəyinin gözlənildiyi vurğulanıb.
Başqa söz ilə, Bankın dövr ərzində göstərdiyi uğurlu maliyyə nəticələri - aktivlərinin keyfiyyəti və kapital həcmi, risk profilinin yaxşılaşması Dayanıqlılıq reytinqinin yüksəldilməsinə əsas verib.
Eləcə də hesabatda Expressbankın aktivlərinin sektorda 1% təşkil etdiyini, Dayanıqlılıq reytinqinin daha da yüksəlməsi üçün Bankın gəlirlərini diversifikasiya etməsi tövsiyə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 36 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)











.jpg)



