"Bank Melli İran" Bakı filialının kredit portfeli kəskin kiçilib
"Bank Melli İran" Bakı filialı 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 5 milyon 24 min manat xalis mənfəət ilə başa vurub. Filial 2023-cü ilin eyni dövrünü 2 milyon 794 min manat xalis mənfəət ilə bağlamışdı. Beləkilə, "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 1,8 dəfə artıb. Artımın xeyli hissəsi (2 milyon 474 min manat) aktivlər üzrə yaradılmış ehtiyatdan qayıdan vəsait ilə əlaqədardır.
Marja.az xəbər verir ki, "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2023-cü ilin 9 ayında 2 milyon 175 min manat ikən, 2024-cü ilin 9 ayında 3 723 min manata yüksəlib (1 milyon 548 min manat və ya 71% artıb).
BANK KİÇİLİB
"Bank Melli İran" Bakı filialının cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 3 milyon 466 min manat azalaraq 118 milyon 298 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 299 min manat və ya 2,3 dəfə azalaraq 1 milyon 780 min manata düşüb. Filialın qiymətli kağızlara investisyaları və digər maliyyə institutlarına yatırılan vəsaitləri artıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























