“Bank of Baku”da yeni təyinat
Özal Talıblı Seyfəddin oğlu “Bank of Baku”nun Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Marja-ya Bankdan bildirilib.
Qeyd edilib ki, Özal Talıblı 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini Vyanada “Webster” Universitetində davam etdirərək maliyyə üzrə magistr dərəcəsini əldə edib.
Özal Talıblı 10 ilə yaxın professional iş təcrübəsinə sahibdir. O peşəkar karyeraya 2015-ci ildə Mərkəzi Bankda başlayıb və 2018-ci ilə qədər burada çalışıb.
2018-2020-ci illərdə iş fəaliyyətini “PAŞA Sığorta” şirkətində Analitik və İnvestisiyaların İdarə Edilməsi Xidmətinin rəhbəri kimi davam etdirib.
Daha sonra 3 il müddətində “PAŞA Həyat Sığorta”da İnvestisiya bölməsinin rəhbəri olaraq çalışıb.
Özal Talıblı “Bank of Baku”dakı təyinatına qədər “Azerpoçt” MMC-də Xəzinədarlıq departamentinin rəhbəri vəzifəsini yerinə yetirib.
Onu da qeyd edək ki, Özal Talıblı Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 35 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























