“Agro Dairy” 2 ədəd Azərbaycan istehsalı minatəmizləmə maşınlarını ANAMA-ya ianə edib
Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biri olan “Agro Dairy” 2 ədəd Azərbaycan istehsalı mexaniki minatəmizləmə maşınlarını ANAMA-ya ianə edib.
(®) “Improtex Industry” Şirkətlər Qrupu tərəfindən “Made in Azerbaijan” brendi altında istehsal olunan daha 2 ədəd mexaniki minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Bakı Ekspo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2024” sərgisində mexaniki minatəmizləmə maşınlarının Agentliyə təqdim edilməsinə həsr olunan mərasim keçirilib.
“Revival P” və “Revival T” - piyada və tank əleyhinə mexaniki minatəmizləmə maşınları Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biri olan “Agro Dairy” tərəfindən Agentliyə ianə edilib.
Təqdimat mərasimində Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, “Agro Dairy” şirkətinin baş icraçı direktoru Niyazi Əmirbəyov, “Improtex Industry” şirkətlər qrupunun baş direktoru Fərid Abdullayev, eləcə də bir sıra şirkətlərin rəsmiləri iştirak edib.
Təqdimat mərasimi çərçivəsində nümayəndə heyəti Agentliyin ADEX 2024 sərgisində təmsil olunduğu stendi ziyarət edərək, işğaldan azad edilmiş ərazilərdə icra edilən fəaliyyət, interaktiv xəritə üzərindən minatəmizləmə göstəriciləri, əməliyyatlar zamanı istifadə olunan alət və avadanlıqlar, azad edilmiş ərazilərdə əməliyyatlar zamanı aşkar olunan partlayıcı sursat nümunələri, eləcə də minatəmizləmə fəaliyyətini əyani şəkildə əks etdirən imitasiya sahəsi ilə tanış olublar.
Qeyd edək ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə maşınları piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir.
Təqdimat mərasiminin sonunda mexaniki minatəmizləmə maşınlarının sertifikatı Agentliyə təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 4 saat əvvəl
-
4 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 5 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
