Biznes kreditlərinin üçdə biri xarici valyutadadır
Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatındabankların kredit və depozit portfellərinin dollarlaşması səviyyələri barədə məlumatlar da verilib.
Qeyd edilib ki, kredit portfelinin dedollarlaşma trendi davam etmişdir. Manatın məzənnəsinin sabitliyi və manatla kreditləşmənin genişlənməsi fonunda kredit portfelində milli valyutada olan kreditlərin payının artması trendi davam etmişdir. 2024-cü ilin I yarımili ərzində kredit portfelinin dollarlaşması 0.8 f.b. (faiz bəndi) azalaraq 18% təşkil etmişdir. Bu azalmanın əsas səbəbi biznes kreditləri olmuşdur. Belə ki, yarımil ərzində biznes kreditlərinin dollarlaşma səviyyəsi 1.6 f.b azalaraq 31.5%-ə çatmışdır.
Həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına əsasən ipoteka kreditinin yalnız milli valyutada verilməsi tələbi ipoteka kreditləri üzrə portfelin demək olar ki, milli valyutada olmasını şərtləndirmişdir. Cari ilin birinci yarısında istehlak kreditlərinin dollarlaşma səviyyəsində nəzərəçarpan dəyişiklik olmamışdır
2024-cü ilin ilk yarımili ərzində depozit portfeli üzrə dollarlaşmanın əsas hərəkətverici qüvvəsi hüquqi şəxslərin tələbli və fiziki şəxslərin müddətli depozitləri olmuşdur. Hüquqi şəxslərin tələbli depozitləri üzrə dollarlaşma 0.5 f.b. artaraq 36.8% təşkil etmişdir. Xarici valyutada hüquqi şəxslərin müddətli depozitləri isə 2.7 f.b. azalaraq 56.5% olmuşdur. Hüquqi şəxslərin xarici valyutada olan tələbli depozitlərində artımın əsas səbəbi əsasən neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin əməliyyatları ilə bağlıdır. Cari ilin əvvəli ilə müqayisədə I yarımildə fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 1.2 f.b. artaraq 35.5%, tələbli depozitləri üzrə isə 0.5 f.b azalaraq 33.1% olmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























