"Ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq"
"İndi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək. Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir. Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir".
Marja.az xəbər verir ki, bunu Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı deyib.
Prezident "Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır" deyərək çıxışına belə davam edib:
"Bu, cəmi 7,5 beş faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək. Bu gün onu da biz müzakirə edəcəyik, baxarıq, bəlkə də bəzi borcları vaxtından əvvəl ödəmək də faydalı ola bilər. Halbuki mən bunu artıq bir neçə dəfə demişəm ki, istəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik. Hər halda, bu məsələni müzakirə etmək üçün bu gün, əlbəttə ki, fikir mübadiləsi aparılacaqdır.
Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Mənim Milli Məclisdəki çıxışımda əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Bu barədə də danışacağıq. Elə etməliyik ki, biz gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək. Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
3 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
3 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
3 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)














