Ələt Azad İqtisadi Zonası Çin investorları üçün cəlbedicidir - "Öz istehsal müəssisələrini Ələtdə yaradacaqlar"
Ümumçin Sənaye və Kommersiya Federasiyasının icraçı sədr müavini xanım Şen Yinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına səfər edərək Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla görüşüb.
Görüş zamanı V. Ələsgərov ziyarətçilərə Zonada investorlar üçün yaradılmış əlverişli mühit haqqında geniş məlumat verib.
Belə ki, o, Zonanın əlverişli coğrafi mövqeyi, unikal qanunvericilik bazası, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis və kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələri və investorlara təklif edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında qonaqları məlumatlandırıb.
Xanım Yin öz növbəsində Zonanın strateji coğrafi mövqeyi və qanunvericilik bazası, habelə düzgün qurulmuş infrastrukturu və doğru siyasətini vurğulayaraq, bu ərazinin investorlar, xüsusilə Çin investorları üçün cəlbedici olduğunu bildirib.
O qeyd edib ki, Federasiya üzvlərinin əksər hissəsi yüksək texnologiyalara əsaslanan istehsal fəaliyyəti ilə məşğuldur və ümid edir ki, bu şirkətlər təqdim edilən əlverişli üstünlüklərdən yararlanaraq öz istehsal müəssisələrini Ələtdə yaradacaqlar.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 19 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















