Dünya bazarlarında nəfəslər tutulub
ABŞ Mərkəzi Bankı (FED) 4 ildən artıq müddətdə ilk dəfə faiz dərəcələrini aşağı salacaq. FED inflyasiyanın qarşısını almaq üçün tətbiq etdiyi məhdudlaşdırıcı şərtləri yumşaltmağa başlayacaqdır.Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, FED-in bu gün yekunlaşacaq iclasından çıxacaq qərar səbirsizliklə gözlənilir. Çünki FED-in yüksək inflyasiyanı hədəfinə qaytarmaq üçün faizləri artırması, ardınca fasilə verməsi dövrlərindən sonra ilk dəfə faizləri aşağı salacağı gözlənilir. FED-in dörd ildən artıq müddətdə ilk dəfə faiz dərəcələrini aşağı salacağı nəzərdə tutulur.
Bazarlarda proqnozlar fərqlənir. Ehtimal olunur ki, FED faizlərini 0,25 faiz bəndi və ya 0,50 faiz bəndi azalda bilər. Ən çox FED-in faizlərini 0,25 bənd azaldaraq 5,50%-dən 5,25%-ə endirəcəyinə dair proqnozlar üstünlük təşkil edir.
Həmçinin bir sıra iqtisadçı, analitik və investor hesab edir ki, iqtisadiyyatın dayanmasının qarşısını almaq üçün ABŞ Mərkəzi Bankı faiz dərəcələrini daha çox - 0,50 faiz bəndi azaldacaqdır.
Bazarlar FED-in faizlərində 0,25 və ya 0,50 bəndlik bir azalma olacağı barədə bölünsələr də, mərkəzi bankın çərşənbə günü faiz dərəcələrini mütləq aşağı salacağı gözlənilir.
FED-in bu həftədən etibarən yumşaq pul siyasəti dövrünə başlayacağı gözlənilir və analitiklər ilin sonuna qədər ən azı 1 faiz bəndi (100 bənd) endirim gözləyirlər.
Bakı vaxtı ilə saat 22:30-da FED sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır.
ABŞ-da prezident seçkilərinə iki aydan az bir müddət qalıb. FED belə bir ərəfədə ən yüksək faiz dərəcələrini aşağı salmağa başlayacaqdır.
ABŞ-da inflyasiya mərkəzi bankın 2% hədəfinə yaxınlaşmışdır.
FED faizləri aşağı salmaqla iqtisadi artıma dəstək vermək və onunla birlikdə iş yerlərinin artımasını qoruyub saxlamaq istəyir.
ABŞ-da iş yerlərinin artımı aşağı düşüb, lakin müsbət olaraq qalır. Çərşənbə axşamı açıqlanan pərakəndə satış və sənaye istehsalı məlumatları da gözləntiləri aşıb.
FED-in uçot dərəcəsini 14 ay ərzində cari 5,25-5,50% diapazonunda saxlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






