İstanbulda İslam Bankçılığı Təlimi başlayıb
Azərbaycan Respublikasında islam bankçılığı kimi alternativ maliyyələşdirmə alətlərinin tətbiqi imkanları, perspektivləri öyrənilməkdədir.Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2024-2026-ci il “Maliyyə sektorunun inkişaf strategiyasında” yer alan alternativ (islam bankçılığı, rəqəmsal kreditləşmə və s.) maliyyələşdirmə alətlərinin tətbiqi imkanlarının araşdırılması strateji təşəbbüsündən irəli gələn fəaliyyətlər, İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu çərçivəsində məsələlərin icrası və McKinsey şirkəti tərəfindən hazırlanan “Sosial iqtisadi inkişafın maliyyələşməsi” layihəsində qeyd edilən alternativ maliyyələşdirmə imkanlarının araşdırılması, eyni zamanda AMB tərəfindən islam bankçılığı ilə əlaqədar yaradılan İşçi Qrupu və s. fəaliyyətlərin davamı olaraq 16 sentyabr 2024-cü il tarixindən etibarən İstanbul şəhərində İslam Bankçılığı Təlimi başlayıb.
5 gün, sentyabrın 20-dək davam edəcək təlim Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının, Türkiyə Banklar Birliyinin (TBB) və Türkiyə Katılım Bankları Birliyinin (TKBB) təşkilatçılığı ilə, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) dəstəyi ilə keçiriləcəkdir. Təlim Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan hüquqşünas, komplayens və satış sahəsi üzrə rəhbər şəxslər üçün nəzərdə tutulub.
Xatırladılıb ki, cari ildə ABA rəhbər heyəti Özbəkistan Banklar Assosiasiyasının ev sahibliyi etdiyi ölkənin paytaxtı Daşkənd şəhərində keçirilən Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclasında iştirak etmiş və maliyyə trendləri – FinTech və banklar, fırıldaqçılıqla mübarizə, İslam bankçılığının populyarlaşması mövzuları eyniadlı konfransda müzakirə edilmişdir.
Bundan əlavə, ABTC təşkilatçılığı, ABA dəstəyi ilə 24-26 yanvar 2024-cü il tarixlərində ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə bankları ilə təcrübə mübadiləsi baş tutmuşdur.
Qeyd edilib ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
16 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























