Fitch qlobal iqtisadi artım proqnozunu cüzi yüksəldib
Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" bu il qlobal iqtisadiyyat üçün artım proqnozunu 2,6 faizdən 2,7 faizə yüksəldib.
Marja xəbər verir ki, "Fitch" "Qlobal İqtisadi Proqnozlar Hesabatı"nın sentyabr buraxılışını dərc edib.
Hesabatda qeyd olunub ki, bu il dünya iqtisadiyyatının tarixi tendensiyaya uyğun olaraq 2,7 faiz artacağı gözlənilir.
Hesabatda bu göstəricinin iyun ayında proqnozlaşdırılandan 0,1 bənd yüksək olduğu, ABŞ, Böyük Britaniya, Braziliya və Rusiyanın iqitsadi artım proqnozlarının yuxarıya doğru yenidən nəzərdən keçirildiyi bildirilib.
Hesabatda, gələn il ABŞ-da iqtisadi artımın yavaşlaması ilə əlaqədar olaraq qlobal iqtisadi artımın 2025-ci ildə 2,5%, 2026-cı ildə isə 2,4%-ə enməsinin gözlənildiyi qeyd edilib.
“Fed-in yumşaq pul siyasəti dövrü nəhayət başlamaq üzrədir, lakin faiz dərəcələri gələn il məhdudlaşdırıcı olaraq qalacaq və faiz endirimlərinin iqtisadi artıma təsiri kiçik olacaq", - hesabatda bildirilir.
Bundan əlavə, hesabatda Çinin ixracının artım tempinin azalması ilə əlaqədar olaraq gələn il iqtisadi artımının yavaşlayacağı, Avrozonada isə iqtisadi artımın isə gələn il bərpa olunacağı qeyd edilib.
Hesabatda, ABŞ iqtisadiyyatı üçün artım proqnozunun bu il 2,1 faizdən 2,5 faizə yüksəldildiyi, ölkə iqtisadiyyatının 2025 və 2026-cı illərdə 1,6 faiz artacağının gözlənildiyi qeyd edilib.
Hesabatda ABŞ-da xidmət inflyasiyasının hələ də yüksək olduğu vurğulanaraq, FED-in pul siyasətinin yumşaldılması dövrünün əvvəlki faiz azaltma dövrləri ilə müqayisədə mülayim və yavaş olacağı qeyd edilib.
Hesabatda qeyd edilib ki, Çinin bu il 4,8 faiz, gələn il isə 4,5 faiz, Avro Bölgəsinin bu il 0,8 faiz, 2025-ci ildə isə 1,5 faiz böyüməsi gözlənilir.
Hesabatda ABŞ-da və bəzi inkişaf etmiş iqtisadiyyatlarda işsizliyin artdığına diqqət çəkilərək, bunun işçi qüvvəsinə tələbin azalmasından çox işçi təklifinin artmasını əks etdirdiyi qeyd edilib.
Hesabatda, son məlumatların FED-in inflyasiyanın azalma yolunda olduğuna dair inamını artırdığı vurğulanaraq, "Sentyabr və dekabr iclaslarında 0,25 faiz bəndi, 2025-ci ildə 1,25 faiz bəndi və 2026-cı ildə 0,75 faiz bənd faiz endirimi gözləyirik", deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)
