Bank Respublika BMT-nin Qlobal Sazişinə (UN Global Compact) qoşuldu
(®) Bank Respublika korporativ sosial məsuliyyət sahəsində beynəlxalq təşəbbüsə qoşuldu
Bakı, 09 sentyabr 2024. Sosial məsuliyyət prinsiplərinə sadiq qalan, ölkənin aparıcı banklarından biri olan Bank Respublika Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (United Nations Global Сompact) qoşulub.
BMT-nin Qlobal Sazişi dünyada davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Qlobal Sazişin iştirakçıları aparıcı xarici maliyyə institutları da daxil olmaqla 160 ölkədən 20 000 mindən çox təşkilatdır.
Bank Respublika BMT-nin Qlobal Sazişinə qoşulmaqla davamlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir. Qlobal Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürən Bank, insan hüquqları, ekologiya, sosial məsuliyyət sahəsində fəaliyyət proqramını təkmilləşdirməyə, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Bank hazırda yaşıl maliyyənin inkişafı, ətraf mühitin qorunması, məişət tullantılarının təkrar emalına yönəlmiş layihələr, eləcə də bir çox başqa təşəbbüslər üzərində fəal işləyir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 17 d. əvvəl
-
- 33 d. əvvəl
-
34 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
45 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
Ən çox oxunanlar
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)







.jpg)




