"Legion Financial” ASC-nin yeni səhmləri ticarətə buraxılır - TARİX
5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə avtomobil lizinqi şirkəti "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
13 sentyabr 2024-cü il tarixindən başlayaraq 17 sentyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində "Legion Financial” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır.
Səhmlər üzrə yerləşdirmə 23 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa, "Legion Financial" ASC-nin nizamnamə kapitalı 3 milyon 135 min manatdan 4 milyon 135 min manata yüksələcək (32% artacaq).
Qeyd edək ki, 2024-cü ildə 2 dəfədə "Legion Financial" ASC-nin nizamnamə kapitalı 890 min manat (95 min manat və 795 min manat olmaqla) artırılıb.
"Legion Financial" ASC-nin səhmndarları İsmayılov Turan Mübariz oğlu (44.50%), Süleymanlı Ramin Rəhman oğlu (31.90%) və Soltanov Rövşən Rafiq oğlu (11.80%), Məmmədov Böyükağa Mirkamal oğlu (5,74%) və Kolas Konstantin-dir (6,06%). Hazırda Böyükağa Məmmədov "Legion Financial" ASC-ndə Direktor vəzifəsini də tutur.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 10 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 1 000 000 manat
Anderrayter: “Assist Finance İ.Ş” ASC
Ticarətə buraxılma tarixi: 23.09.2024
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























