ABB istedadların inkişafı sahəsində 2 nüfuzlu beynəlxalq mükafat qazandı!
Ölkəmizdə sektorun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB “The Brandon Hall Group” beynəlxalq təşkilatının 2 Mükəmməllik Mükafatına layiq görülüb.
ABB-nin yaydığı məlumatda bildirilir ki, mükafatlardan biri Bankda istedadların idarə olunması ilə bağlıdır. Digəri isə öyrənmə və inkişaf istiqamətindədir. ABB hər iki mükafata əməkdaşlar üçün təşkil etdiyi “Gələcəyin Liderləri” proqramına görə layiq görülüb.
Bank 6 aylıq proqramı bu sahədə ixtisaslaşmış beynəlxalq BTS konsaltinq şirkəti ilə birgə həyata keçirib. Proqramda seçim prosedurlarından keçmiş 30 əməkdaş iştirak edib. Onlar üçün müxtəlif liderlik mövzularını öyrədən fərdi seminarlar təşkil olunub və iştirakçıların fərdi inkişaf planları hazırlanıb. Belə proqramlarda məqsəd yüksək potensiallı əməkdaşların inkişafına dəstək vermək, ABB-nin cari və gələcək layihələri üçün peşəkar bacarıqlara malik biznes liderləri hazırlamaqdır.
“The Brandon Hall Group”un nüfuzlu mükəmməllik mükafatları qlobal biznes və HR icmasında kifayət qədər populyardır. Bu mükafatlar ayrı-ayrı şirkətlərin öyrənmə və inkişaf, istedadların idarə edilməsi, əməkdaşların liderlik bacarıqlarının inkişaf etdirilməsi, təşkilati təkmilləşdirmə və s. bu kimi sahələrdəki nailiyyətlərini qiymətləndirir. İnsan kapitalının idarə edilməsində mükəmməlliyi vurğulayır. Sözügedən mükafatların təqdim olunması üçün əhatəli təhlil və qiymətləndirmələr aparılır. Seçim prosedurlarına görə bu mükafatlar müvafiq kateqoriyalarda ən yüksək standart meyarı sayılır.
1993-cü ildən fəaliyyət göstərən “The Brandon Hall Group” peşəkar inkişaf şirkəti kimi təşkilatlara data, araşdırma, sertifikatlaşdırma və s. sahələrində dəstək verir. Qurum indiyə qədər dünyanın müxtəlif ölkələrində 10 000 000-dan çox işçinin fərdi inkişafına təsir göstərən layihələr həyata keçirib, təşkilatlarda müvafiq istiqamətlərdə mükəmməlliyi gücləndirib və sertifikatlaşdırma aparıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























