"Sizin Lombard"ın qazancı açıqlandı
"GL" ASC ("Sizin Lombard" brendi) 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 2 milyon 428 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ilin eyni dövrünü 2 milyon 196 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ASC-nin xalis mənfəəti 232 min manat artıb.
Qeyd edək ki, "GL" ASC 2023-cü ili 2 milyon 8756 min manat xalis mənfəət ilə bağlamışdır.
GƏLİRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyun dövründə (ilk 6 ayda) "GL" ASC-nin cəmi gəlirləri 9 milyon 618 min manat, cəmi xərcləri 7 milyon 190 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 6 ayında lombard şirkətinin cəmi gəlirləri 8 milyon 509 min manat, cəmi xərcləri 6 milyon 255 min manat olmuşdu. Həmçinin 58 min manat mənfəət vergisi ödənilmişdi.
KREDİT PORTFELİ BÖYÜYÜB
"GL" ASC kredit portfeli (müştərilərə verilmiş kreditlər) 30 İyun 2024-cü il tarixində 42 milyon 922 min manata çatıb. 30 İyun 2023-cü il tarixində "GL" ASC-nin kredit portfeli 35 milyon 710 min manat təşkil etmişdi. Beləliklə, müqayisə olunan dövrdə təşkilatın kredit portfeli 7 milyon 212 min manat və ya 20,2% artıb. Qeyd edək ki, "GL" ASC-nin kredit portfeli 2023-cü ilin sonunda 39 milyon 524 min manata çatmışdı.
2024-cü ilin birinci yarısının yekununda 455 nəfər işçisi olan "GL" ASC-nin yeganə səhmdarı (100%-i) Quliyev Fərman Eldar oğludur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 38 d. əvvəl
-
- 51 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























