Lisenziyasız kredit təşkilatı fəaliyyət göstərir
Vergilər Nazirliyinin bu il martın 15-də dövlət qeydiyyatına aldığı “Kredit Evi” MMC lisenziya almadan kreditləşmə ilə məşğuldur. Bu, aparılmış araşdırma nəticəsində məlum olub.
Baş ofisi Bakı şəhərinin Nizami rayonunda, Qara Qarayev prospektində olan “Kredit Evi” müştərilərə əlavə olaraq 4 filialı ilə xidmət göstərir. Filiallardan 2-si Bakıda – metronun “Əhmədli” və “Memar Əcəmi” stansiyalarının yaxınlığında, digər 2 filial isə Yevlax və Bərdə rayonlarındadır.
Hazırda təşkilat Yevlax filialına müdir axtarır və bu barədə işədüzəlmə saytlarından birində elan da verib. Namizədlərə qarşı iqtisadiyyat, biznes, menecment sahələrində ali təhsil, maliyyə-kredit sahələrində azı 5 il iş təcrübəsi, yüksək idarəetmə qabiliyyəti və maliyyə təhsili üzrə analitik biliklər kimi tələblər qoyulub.
“Kredit Evi”nin nizamnamə kapitalı cəmi 20 manat (!), qanuni təmsilçisi Səbuhi Əzizovdur.
Kredit təşkilatının www.kreditevi.az ünvanında yerləşən, hazırda fəaliyyət göstərməyən rəsmi internet səhifəsi də var. Bundan başqa, maliyyə qurumu “Facebook” sosial şəbəkəsində də rəsmi səhifəsini (https://www.facebook.com/kreditevimmc/) yaradıb. Səhifədə “Kredit Evi”nin fəaliyyətinə, təklif etdiyi məhsullara dair reklam posterləri, müxtəlif filiallarının açılış mərasimlərindən çəkilmiş fotolar yerləşdirilib.
Əsasən qızıl-zinyət əşyalarının girovluğu ilə nağd pul kreditləri (lombard kreditləri) təklif edən maliyyə qurumunun adı ilk baxışdan “Kredit House” MMC bank olmayan kredit təşkilatının (BOKT) adını xatırladır. Lakin hər iki təşkilatdan bildiriblər ki, onların bir-biri ilə əlaqəsi yoxdur. Yəni, söhbət rebrendinqdən getmir.
“Kredit Evi”nin müxtəlif filialları ilə telefon bağlantısı yaradılıb və bu zaman ofisdəki kredit mütəxəssisləri “Merkuri” MMC BOKT-un adını hallandıraraq onun bir bölməsi kimi fəaliyyət göstərdiklərini, əməkdaşların bir hissəsinin əvvəllər həmin kredit təşkilatında çalışdığını bildiriblər.
Lakin “Merkuri” “Kredit Evi” ilə hər hansı əlaqəsinin olmasını təkzib edir. BOKT-dan deyiblər ki, onların xidmət şəbəkəsi yalnız Bakının Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində olan baş ofisdən ibarətdir, paytaxtda və bölgələrdə hər hansı filialı, törəmə qurumu yoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasından isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və nəticəsi açıqlanacaq.
Xatırladaq ki, bundan əvvəl “Naxçıvanbank” ASC-nin törəməsi olan “Naxçıvansığorta” ASC-nin lisenziyasız sığorta fəaliyyəti göstərdiyini aşkar edib. Bundan sonra Palata sözügedən şirkətin fəaliyyətini lisenziyalaşdırıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 5 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
10 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
11 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb


























